“Biri yolda məni görüb dedi ki, mənim də analığım var, İsmayıl kimi böyümüşəm”-FOTO

“Bəzən mənə sual verirlər ki, “Ögey ana” filmi niyə bu qədər məşhurluq qazanıb? Çünki filmdə Nəcibə Məlikova, Fateh Fətullayev, Ceyhun Mirzəyev, Həqiqət Rzayeva, Nəsibə Zeynalova, Şəfiqə Qasımova kimi sənətkarlar çəkilib. Əlbəttə ki, mükəmməl film ərsəyə gəlməli idi. Yaradıcı heyət filmin sevilməsində mütləq şəkildə önəmli rol oynayır. Yolda məni görüb deyirlər ki, hər dəfə o filmə baxanda ağlayıram. Mənim də analığım var, mən də İsmayıl kimi böyümüşəm. Bu kimi sözlər çox eşidirəm”

 

Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi-Sevinc Axundova bildirib. O daha sonra əlavə edib.

“Təəssüf ki, Cəfər Cabbarlı adına kinostudiyamız inkişaf etmir, elə filmlər çəkilmir. Siz təsəvvür edin ki, indi hər şey var, amma maraqlı obrazlar, uşaq filmləri, ssenarilər yoxdur. Amma bu filmləri min bir əziyyətlərlə ərsəyə gətirirdilər. Ona görə də keçmiş filmlərin hamısı gözəldir. İstərdim ki, yenə də o filmlərdən çəkilsin. Uşaqlar niyə xarici ölkədə gedən filmlərə baxmalıdır ki? Olmaz ki, elə uşaq filmləri ölkəmizdə çəkilsin? Bu çox ciddi mövzudur və buna ciddi yanaşmaq lazımdır” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button