“Bu incəsənət xadimi üçün motivasiyadır və öz işində daha məsuliyyətli olmağa çağırır…”

“Bu incəsənət xadimləri üçün Cənab Prezidentin bir qayğısıdır və həm də diqqətidir. Mən neçə ildir ki, bu mükafatı alıram və bununa fəxr duyuram. Dünyada belə bir tendensiya yoxdur. Dünyada prezident mükafatları, mənzil hədiyyələri, hər hansı bir orden və mükafatlarla, medallarla təltif olunma çox təsadüf hallarda olub”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Samir Cəfərov deyib. Müğənni mükafatın incəsənət xadimi üçün motivasiya olduğunu bildirib:

 

“Amma Azərbaycanda bu mükafatlar həmişə yüksək səviyyədə olub. Bu da hər hansı bir incəsənət xadimi üçün motivasiyadır və öz işində daha məsuliyyətli olmağa çağırır. Müstəqil Azərbaycan yolunda hər birimiz bir əsgərik. Biz də çalışırıq ki, öz mədəniyyət sahəmizdə dövlətimizə, dövlət başçımıza layiq bir əsgər olaq ki, Azərbaycanı istədiyimiz yerə aparıb çıxara bilək. Buna görə də şəxsən öz və dostlarım adından Cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. Necə ki, Ulu Öndər incəsənət xadimlərinə diqqət göstərirdisə Cənab Prezidentimiz də onu davam eləyir. Mədəniyyət xadimləri, işçiləri Prezidentimiz ətrafında sıx birləşib və onu dəstəkləyir. Allah Prezidentimizi qorusun. Mədəniyyət işçilərinin ən gözəl hədiyyəsi o oldu ki, Şuşa işğaldan azad edildi və orda “Xarıbülbül” festivalları keçirilir. Bundan gözəl bir hədiyyə yoxdur. Ona görə də biz xoşbəxt bir xalqın xoşbəxt mədəniyyət işçiləriyik. Var olasınız”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button