“Gənc Qazilər” İB Cəlilabad rayon Filialının üzvləri məktəb şagirdləri ilə görüşüb.

Cəlilabad rayon Z.Əliyeva adına 7 saylı tam orta məktəb direktorunun və müəllimlərinin təşkilatçılığı ilə məktəb şagirdlərinin “Gənc Qazilər” İB nin Cəlilabad rayon Filialının üzvləri ilə birlikdə görüşü təşkil olundu.
Bu görüş Şagirdlərimizin “VƏTƏNPƏRVƏR” ruhda yetişdirilməsi məqsədilə təşkil olunmuşdu. “Gənc Qazilər” İB-in Cəlilabad rayon Filialının idarə heyyəti və üzvləri böyük həvəslə bu tədbirdə iştirak edib.
Bu tədbirin təşkili üçün məktəbin direktoru Səidə müəlliməyə dərin təşəkkürlərimizi bildiririk.