“O torpaqlara baxarkən şəhid olmuş əzizlərimiz gözümüzün önündən keçdi…”

“Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “5-ci Xarıbülbül” festivalının iştirakçısıydım. Sübh tezdən Şuşaya yola düşdük və işğaldan azad olunmuş ərazilərimizdən keçərkən insanı qəribə hisslər bürüyür. Birinci dəfəydi ki, mən bu yolu keçirdim. Zəfər yolunu keçərkən o hissləri yaşayanlar bilər ki, bu nə deməkdir”

 

Bunu Moderator.az-a açıqlamasında məşhur diktor və aparıcı Nailə İslamzadə deyib. N.İslamzadə Şuşa səfəriylə bağlı təəssüratlarını bizimlə bölüşüb:

“Yolboyu dağıdılmış yerlərə, azad olunmuş torpaqlara baxarkən, əsgərlərimizin göstərdiyi şücaətlər, şəhid olmuş əzizlərimiz gözümüzün önündən keçdi. Onlar necə də qəhrəmanlıqla vuruşublar. Hətta Şuşaya çatarkən əsgərlərimizin dırmaşaraq şəhəri işğaldan azad etdikləri sıldırım qayaları gördük. Bu böyük bir qəhrəmanlıqdır. İnanın o dağa-daşa belə biganə baxmaq olmur. Onun arxasında biz o savaşın izlərini görürük və hiss edirik. Yağış yağmasına baxmayaraq festival çox gözəl keçdi. Bilirsiniz ki, Şuşa yağışlı bir yerdir və bununla da gözəldir. Buna baxmayaraq folklor festivalı yüksək səviyyədə keçdi. Cənab Prezident Mehriban xanımla birlikdə iştirak etdilər. Hər çıxışları çox mehribanlıqla qarşılayırdılar. Şuşada sürətli quruculuq-bərpa işləri gedir. Bir neçə ay öncə Şuşada olanlar bu dəfə ordakı dəyişikliklərə təəccüblənirlər, şəhər yenidən qurulur, gözəlləşir. İnşallah o yerlərimiz cənnət bir məkana çevriləcək”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button