Tovuz döyüşlərində Şəhidlik zirvəsinə yüksələn Sadıqov Vüqar Lətif oğlunun doğum günü idi

Bu gün Şəhid hərbi qulluqçu Sadıqov Vüqar Lətif oğlunun xatirəsi anılıb. Mərasimdə ictimaiyyət nümayəndələri,dövlət məmurları və “Gənc Qazilər” İB-nin Qazax rayon Filialının üzvləri iştirak edib, ruhunu ehtiramla yad ediblər.

Qeyd edək ki, 2020-ci il İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Həmin vaxt düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu  şəhid olub. Çavuş  Sadıqov Vüqar Lətif oğlu 1987-ci ilin bu günü Ağstafa rayonu Göycəli kəndində anadan olub. Ailəli, üç qız, bir oğul atası olub.

O, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

 

Şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button