ABŞ səfiri Paşinyanı və onun komandasını təriflədi…

“ABŞ demokratiya, korrupsiya ilə mübarizə və iqtisadi inkişaf da daxil olmaqla islahatlara gedən yolda Ermənistan hökumətinin simasında özünə yaxşı tərəfdaş tapıb…”

 

“Söz azadlığına, jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamalıdır”.

 

Moderato.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi mayın 20-də “Ermənistan demokratiyası” forumunda bildirib.

 

O, Ermənistanda tənqid olunan məqamları qanunvericilik baxımından nəzərə almağa çağırıb, korrupsiyaya qarşı mübarizədə də təkmilləşdirmə üçün imkanların olduğunu xatırladaraq, çoxlu sayda problemləri qeyd edib.

 

“Müstəqil və ədalətli məhkəmə sistemi də tərəqqi üçün çox vacibdir. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, vətəndaşları demokratiyada iştiraka hazırlamaq vacibdir. Bu, demokratiyanın inkişafında mühüm amildir. Qadın hüquqları, əlilliyi olan insanların hüquqları kimi sahələrdə dəstək və Ermənistan hökuməti ilə əməkdaşlıq inkişafı təmin edə bilər”, – deyə səfir bildirib. O, əmin olduğunu bildirib ki, yuxarıdakı kateqoriyalı vətəndaşlara xüsusi diqqət lazımdır.

 

Treysi bir daha qeyd edib ki, 1992-ci ildən bəri ABŞ Ermənistanda insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün təxminən 3 milyard dollar ayırıb.

 

“Mən Ermənistanın baş nazirinə, erməni xalqına yüksək qiymət verdiyimi bildirmək istəyirəm. Çünki dəstəkdən bəhrələnmək istəyənlər olmadan əməkdaşlıq mümkün olmayacaq. ABŞ demokratiya, korrupsiya ilə mübarizə və iqtisadi inkişaf da daxil olmaqla islahatlara gedən yolda Ermənistan hökumətinin simasında özünə yaxşı tərəfdaş tapıb. Son 4 ildə ABŞ-ın dəstəyi ilə seçki sistemində aparılan islahatları da qeyd etmək istəyirəm. Ermənistan üçün çətin dövrdə iki azad və ədalətli seçki kampaniyası keçirilib” -deyə səfir vurğulayıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button