“Şahbazdan soruşan yoxdur ki, Əli Həsənovun yanında nə gəzirdin?”

“Əli Həsənovun oğluna və yaxın adamlarına müarciət elədim. Artıq bu məsələni fikrim var ki, məhkəməyə çıxarım. Çünki məhkəmə şəraitində həll olunsun və o Şahbaz erməni agenti və böhtançı kimi həbsə getsin”.

 

Bunu Moderator.az-a açıqlamasında Dilqəm Əsgərov Şahbaz Quliyevin ittihamlarına cavab olaraq bildirib. Dilqəm Əsgərov onların Kəlbəcərdən etdikləri çəkilişləri ermənilərin “YouTube” səhifəsindən yüklədiklərini bildirib:

 

“Əli Həsənov dövlət məmurudur, o Ulu Öndər Heydər Əliyevin təyin etdiyi adamdır. Bu adam ona bötan atırsa, görün mənim haqqımda nələr danışar. Şahbaz Quliyev deyir ki, Əli Həsənova verdiyim 10 kaseti ermənilər stolumun üstünə qoydular. Ona sual verən yoxdur ki, sən hansı kasetləri çəkmisən, çıxart qoy ortaya. O kasetləri mən çəkmişəm. Bunun hamısı “YoTube” səhifəsinə qoyulub, o vaxt Müdafiə Nazirliyinə verilib. Bütün Kəlbəcər camaatının 1998-ci ildən bu yana kasetlərim evindədir. Erməni bunu gözümün qabağında “YoTube”da göstərib. Sənətdə də göstərilir ki, 2017-ci ildə “YoTube” kanalından çıxarıldı. Bunu Əli Həsənov göndərib? Axı bu “YouTube”da var. Şahbaz Quliyevdən Kəlbəcərdə sement, şalban, kabel tutulub ki, Əli Həsənovu ittiham edir. Əli Həsənovun avtomat silah anbarı var? O, kiminsə tayıdır ki, Şahbaza və kiməsə avtomat versin. Belə çıxır ki, Əli Həsənovun hökumətin əleyhinə çıxır da. Bunu savadlı insanlar başa düşmür ki, görün Şahbaz nə danışır. 

 

Düzdü, avtomat, tapança, qranat, partlayıcılar olub. Bunların hamısını  isə mən Şahbaza vermişəm. O silahları alıb verdiyim adamlar da sağdır, ölməyib. İstəyirəm ki, iş verilsin məhkəməyə, Şahbazın videosu təqdim olunsun, jurnalistlər ora gəlsin və Şahbaz sübut etsin. Əgər sübut edə bilməsə, mən onda faktlarla silah aldığım adamları məhkəməyə çağıracam. O silahların məndə nömrəsi var. 

 

Girovlduqdan gələn gündən demişəm ki, Bakıdakı ermənilər Şahbazı öyrədir. Ona görə Azərbaycan xalqının, ziyalılarının əleyhinə gedir. On gün bundan qabaq Prezident Aparatında nə iş görürdü? Şahbaz Quliyev, Kəlbəcərdə nə iş gördün?  Dilqəm Əsgərov sənə avtomat vermişdi 120 patronlar, tapança vermişdi 16 patron, qranat, partlayıcı vermişdim. Hansından və nəyə istifadə elədin? Nə var idi, ermənilərə verdin. 

 

Əlimdəki sənəddə erməni yazır. Şahbaz Quliyevdən 110 patron, iki qranat, avtomat və tapança, Həsən Həsənovdan 90 patron, Dilqəm Əsgərovdan isə 25 patron və tapançada iki patron götürdük. Hamısı burda yazılıb və altından da erməni möhrünü vurub. Kəlbəcərə 1998-ci ildə, 2007-də, 2009-da, 2011-də başqa-başqa adamlarla getmişəm və onların hamısı sağdır.  

 

Deyir ki, Kəlbəcərə gedib 10 kaset gətirdim. 2005-ci ildə kamera yox idi, mən çətinliklə tapdım.  Bu yalan danışır. Bunu öyrədənlər var. Əli Həsənov başqa adam yox idi ki, çağırsın? Ona sual verən yoxdur ki, sən Əli Həsənovun yanında nə gəzirdin? Axı səni öyrədiblər ki, çıx belə danış, Əli Həsənovu şantaj elə. Sən ermənilərdən aldığın tapşırıqları yerinə yetirirsən. 

 

Dünən mən türmə məsələsini açandan sonra deyir ki, özümü öldürməliyəm, qızımı gözləyirəm. Niyə özünü öldürürsən? Ona görə ki, artıq hər şey açılır. 2016-cı ildə sən Şuşa türməsində satqınçılıq elədin. Erməni Qafanlıdan bir nəfərin adını verdi və Şahbaz dedi ki, “tanıyıram, dayımdır”. Kamo adlı, qırx il türmə yatan erməni bizə hörmət elədi. Bizə siqaret, qənd, çay verirdi, amma deyirdi ki, nazor bilməsin. Amma Şahbaz onu “satdı”, üzünə durdu. Qırx il türmə yatan bir erməni “vor”du, bunu nazorlar döydü, “sındırdı”. Dedilər ki, niyə Qilqəmlə Şahbaza qənd, çay vermisən. 

 

Axşam saat 8:00-dan sonra türmənin rəisi, müavinləri gedəndən sonra nazorlar Şahbazın kamerasının qapısını açıb onu həmin Kamonun kamerasına ötürürdülər. Sən də orda it səsi çıxarırdın. Döyürdülər, başına vururdular, nə oyun gəlirdi bunun hamısını eşidirdim. Sonra Şahbaz gördü vəziyyət pisdir, Qırmızı Xaç Komitəsinə ərizə yazıb ki, məni Dilqəmin yanına keçirdin, vəziyyətim pisdir. Ordan da adam gəlib dedi ki, Şahbaz sənin yanına keçmək istəyir. Axı nə baş verdiyini bilirdim. Mən də dedim ki, mən onu yanıma buraxmıram, olmaz, o adam murdarlanıb, türmənin qanunları var, onunla bir kamerada oturub çörək yeyə bilmərəm. Onlar soruşdular ki, problem nədir? Yenə ürəyim dözmədi, səhvə yol verdim. Tomos adlı nümayəndəyə dedim ki, Şahbazı hər gecə döyürlər. Ondan sonra Tomos tapşırıq verdi və Şahbazın qapısına iki qıfıl vurdular. O qıfılın açarını da türmə rəisi gecə evinə gedəndə özüylə aparırdı. Yəni kameranın qapısını başqa adam aça bilməsin. İndi Şahbaz Quliyev ordan tapşırıqlar alır və onları yerinə yetirir. Şahbaz bunları etməsə, ermənilər onun haqqında foto və videolar yayacaqlar. Hələ çox adamların əleyhinə gedəcək. Şahbaz Avropaya qaçmağa hazırlaşır və ordan dövlətin əleyhinə danışacaq”.  

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button