“Qəmbər Zülalov qavalını xanəndələrə icarəyə verirdi…”

“Hər alətin özünəməxsus səs temberinə malik olan düzülüş qaydası var. Burda alətin hazırlanması zamanı material da böyük rol oynayır. Əgər alət qədimdirsə, qiyməti daha da artır. Qaval çalan ifaçılar çox olub. Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin də qavalı düzdü, bəzəkli deyildi, amma qədimdir”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Quliyev deyib. R.Quliyev tanıdığı qaval ifaçılarının adlarını da bizə sadalayıb:

 

“O ustadlarımızın qavalı keçi dərisindən hazırlanmışdı. Bir çox xanəndələrdə yaxşı qavallar görmüşəm. Qavalı əl, barmaq danışdırır. Xanəndə Qəmbər Zülalov yadımdadır, onu görmüşəm, Opera və Balet Teatrında da işləyib. Qəmbər müəllim qavalını xanəndələrə icarəyə verirdi. Şuşada İrşad Məmmədovda da yaxşı qaval var idi. Qavalın qiyməti onun kimə məxsus olmasından gəlir. Əsl qavalı təhəng ağacından hazırlayırlar. Şövkət Ələkbərovanın qardaşı Paşa Ələkbərovda da yaxşı qaval var idi.  

 

Amma xanəndənin, sənətkarın, sevilən adamın aləti daha qiymətlidir. Hacıbaba Hüseynovun qızı qavalını yüz minə satışa çıxarıb. Məncə, yüz min manat indiki dövrdə elə böyük pul deyil. Hacıbaba müəllimlə 1992-ci ildə üç ay İranda qastrolda olmuşuq. Xanəndə Əbülfət Əliyevdə də yaxşı qaval olub. Ondan sonrakı illərdə Arif Babayevdə, Sabir Mirzəyevdə, Süleyman Ələsgərovda sədəfli qavallar var idi”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button