“Belə tərifləri eşidəndə xəcalət çəkirəm, deyirəm ki, bəlkə məni ələ salırlar?”-FOTO

“Hal-hazırda evdəyəm, səhhətimlə məşğulam. Şükür Allaha, özümü babat hiss edirəm, baxmayaraq ki, ağrılarım olur. Əsa ilə hərəkət edirəm, ayağlarım bir az ağrıyır. Sənət yoldaşlarım da zəng edib, mənimlə maraqlanırlar. Evə gəlmək istəyirlər, amma mən evdə tapılmıram. Bütün günü həkimlərdə, reabilitasiya mərkəzlərində oluram deyə onları evimdə qonaq edə bilmirəm”.

 

Bunu Moderator.az-a xalq artisti Lətifə Əliyeva deyib. O, daha sonra əlavə edib.

“55 ildən çoxdur ki, mən sənət aləmindəyəm. Rəhmətlik Lütfü Məmmədbəyovun bir televiziya tamaşası vasitəsilə ilk dəfə efirə çıxmışam. O illərdən fəaliyyətdə olmuşam. Daha sonra Gənc Tamaşaçılar teatrına gəldim. İnsanın yolu kəsilirsə o onu bərbad hala qalır. İncimişəm, küsmüşəm. Axı mən də özümə görə bir aktyoram, dahi deyiləm. Özümü heç kimdən artıq tutan insan deyiləm. Mən görürəm ki, o insan məni ayaqlayıb gedir, amma mən ona hörmət edirəm. Mənə heç olmasa bu yaşımda bir rol versinlər. Mən də çəkilmək istəyirəm, bütöv seriala çəkmirsənsə heç olmasa 5-10 seriyasına çək. Axı mənim də qohum-əqrabam, qonşum var. Mən nə qədər onların suallarına cavab verim? Küçədə tamaşaçılar məni görüb deyir ki, gözümüz səni axtarır, elə bilirik ki, bu ana rolunu sən oynayacaqsan. Bir dəfə də oğlumla şəhərdə gəzirdim. Sən demə mən görmürəm, amma bir qadın məni izləyir. Birdən-birə gəldi o qadın məni qucaqladı. Dedi ki, nə yaxşı salamatsınız, görünmürsünüz, niyə oynamırsınız? Belə tərifləri eşidəndə əzab çəkirəm, düşünürəm ki, bəlkə də məni ələ salırlar. Amma o insanlara mən minnətdaram ki, məni mənim yadıma salırlar” deyə xalq artisti bildirib.

 

Lətifə Əliyeva ona sənətdə mane olan insanlardan danışıb.

 

“Vaxtilə oynamaq istədiyim obrazları mənə verməyiblər, mane olublar. Əgər o maneələr olmasaydı mən bundan da çox oynayardım. Görürdüm ki, mənə uyğun obrazları başqa həmkarlarım oynayır. Halal da xoşları olsun. Mən neyləyə bilərdim? Sadəcə incik düşürdüm. Sonuncu dəfə teatrda “Vurğuna Vurğun gəlin” tamaşasını oynadım. İnsanlar hamısı təəccüblə qarşıladılar. Mən həmin poemada olan 10 obrazı oynadım. İstedad, zəhmət necə olar? Hazırda isə yaş həddi ilə bağlı teatrda çalışmıram. Səhhətim imkan verdiyi halda teatra gedib, tamaşalarda oynamaq istəyirəm. Teatr rəhbərliyinin hər zaman diqqətini, qayğısını hiss edirəm. Hər biri sağ olsunlar” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button