“Ərdoğan bundan öncə də ağır siyasi sınaqların öhdəsindən gəlib…”

“Ərdoğan bundan öncə də ağır siyasi sınaqların öhdəsindən gəlib…”

 

“Qarabağda baş verən siyasi proseslərin arxasında Kreml var…”- Beynəlxalq analitik

 

“Ukrayna dövlətinin günahı ondan ibarətdir ki, 30 ildir müstəqil olsa da…” 

 

İstanbul universitetinin doktorantı, beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı ilə Moderator.az üçün bu dəfəki söhbətimizdə  Ermənistanda Paşınyana qarşı “müqavimət hərəkatı”nın ehtimal olunan sonuclarından, Ermənistan hökumət başçısının KTMT-nin son iclasındakı çıxışından, KTMT daxilində baş verən proseslərdən, Rusiyanın Ukraynaya təcavüzü fonunda Putinin hakimiyyətinin gözlənilən taleyindən və s. bəhs etdik.

Teymur bəy, Ermənistanda Paşınyana qarşı “müqavimət hərəkatı”nın sonu necə bitəcək, sizcə? 

 

-Hazırda Ermənistan uğrunda dunyanın super gücləri mübarizə aparır. Əsasən də Paris və Vaşınqton Paşinyanı öz yanlarında görmək istəyir. Kreml də bundan bərk narahatdır. Son zamanlar isə Putin rejimi Azərbaycan-Ermənistan yaxınlaşmasından, xüsusən də bunun Qərbin vasitəçiliyi ilə olmasından çox narahat olur. Ona görə də Moskva Ermənistanda özünə bağlı siyasi qüvvələrin əliylə mitinqlər təşkil edir.  

 

Rusiya hakimiyyəti mitinqləri Paşinyanın tamamilə Qərbə tərəf yönlənməsinin qarşısını almaq üçün onu daim təzyiq altında saxlamaq məqsədi ilə təşkil edir. Kreml bilir ki, Paşinyanı devirə bilməyəcək. Paşinyan isə iqtidarda qalmaq üçün Qərb və Moskva arasında ustaliqla manevrlər edir. 44 günlük savaşda Azərbaycanın qələbəsi nəticəsində imzalanmaış 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan sonra Ermənistanda kütləvi aksiyalar çox olub, hətta ordunun baş qərargah rəisi belə, üsyan qaldırıb. Ancaq sonda həmin aksiyaların hamısı uğursuzluqla nəticələnib və Paşinyan qalib gəlib. Odur ki, hesab edirəm ki,  Paşinyan bu dəfə də baş verən siyasi etiraz aksiyalarının qarşısını alacaq və iqtidarda qalacaq…

 

-Paşinyanın son Moskva səfəri zamanı KTMT-ni tənqid etməsi nəyə hesablanıb? 

 

-KTMT-Rusiyanın istəyi ilə yaranmış təşkilatdır. Odur ki, bu təşkilatda əsas rol Rusiyanındır.  Bununla belə bu təşkilatın heç bir real gücü və dunya siyasətində rolu yoxdur. NATO-nun bircə qurumu qədər təsir gücü yoxdur.  Son zamanlar isə KTMT aktivlik edir. B fəallıq bu ilin yanvarında Qazaxıstanda baş verən siyasi proseslərdə başladı. Lakin Çinin təzyiqi ilə Kreml Qazaxıstanı tərk elədi… 

 

Son KTMT iclasında çıxış edənlər öz dövlətlərinin problemlərindən danışırdı. Paşinyan da öz çıxışında  həmin qurumu tənqid etdi. Birincisi, son iclasda Rusiya istəyirdi ki,  KTMT-əlaqələndirici şurası öz əlində olsun.  Məsələ ondadır ki, əgər üzv dövlətlərdə hər hansı fövqəladə hadisə baş verərsə, KTMT üzvlərinin müzakirəsi olmadan əlaqələndirici dövlət  həmin ölkəyə ordu göndərə bilər.  Amma digər üzvlər dolayısıyla buna qarşı çıxdılar,  yəni öz dərdlərini danışaraq manevr elədilər. Qaldı konkret Paşinyanın tənqidinə. O,  bundan öncə də KTM haqda tənqidi fikirlər bildirib. Bu təşkilatın əsas nüvəsi Rusiyanın əlindədi, nə desə, o da olur. Paşinyanın nə deməsinin heç bir mənası yoxdur…

 

Azərbaycan dövlətinin rəhbəri ADA universitetindəki çıxışında bilidirdi ki, Xəzər sahili dövlətlərlərdən Ermənistana hərbi yardımlar daşınırdı. KTMT üzvü olan Qazaxıstan da bunu  edib. Son iclas Rusiyanın buradakı istəklərini qarşını almaq üçün idi.  Rusiya istəyir ki, KTMT üzvləri Ukrayna müharibəsində ona dəstək versinlər. O da hələki mümkün deyil…

 

-Son günlər Qarabağda, o cümlədən Tərtər rayonunun Ağdərə şəhərində separatçı ermənilərin İrəvandakı hərəkata dəstək aksiyaları Moskva tərəfindən yönləndirilir?  

 

-Qarabağda olan oyuncaq separatçı qurumu və ordakı qeyri-qanuni silahlı dəstələri 1988-ci ildən bu günə qədər Rusiya idarə edib. Hazırda da oradakı prosesləri Kreml idarə edir. Həmin qondarma rejimin rəhbəri qatil və terrorçu Arayik Arutyunyan da Rusiyanın təsiri altındadır. Və bu mənada  da hazırda Qarabağda baş verən bütün siyasi proseslərin arxasında Kreml var…

 

-Rusiyanın Ukraynaya artıq 3 aya yaxındır davam edən təcavüzündə Qərb, ABŞ və NATO ölkələrinin nə dərəcədə suçu var? 

 

-Rusiya-Ukrayna mübaribəsinin əsas gunahkarı, təbii ki, başda Putin olmaqla Rusiyadır. Qərbin,  NATO-nun da bu savada  öz oyunları  var ki, orada maraqları çərçivəsində işlər aparılsın. Qərb deyəndə bu müharibədə əsas önəmli rolu London-Vaşınqton cütlüyü  oynayır. Amma onu  da demək lazımdır ki, Ukrayna dövlətinin günahı ondan ibarətdir ki, 30 ildir müstəqil olsa da,  öz silahlı qüvvələrini tam düzgün formada qura bilməyib… 

Son məlumatlara görə, hazırda Pentaqon Rusiya ordusu rəhbərliyi ilə danışıqlar aparır. Baş qərargah rəislərinin telefon söhbəti olub…

 

-Putinin məhz onu hakimiyyətə gətirmiş “FSB” sistemi tərəfindən zərərsizləşdirilməsi və ya devrilməsi ehtimalı nə qədərdir? 

 

–Hazırda “FSB” klanı güclənir və  maraqlıdır ki, məhz bu cinah tərəfindən Pütinə qarşı addımlar atılır.  Digər güclü klan olan hərbçilər isə hazırda məğlub cinah sayılır.  Putin isə bu saat həmin iki klan arasında manevrlər edir. Bunu demək istəyirəm ki, Putinin siyasi karyerası bitib. Rusiya liderinin xərçəngdən əziyyət çəkməsi və əməliyyat olunması da böyük ehtimalla dəqiqdir. O ya xəstəlik yolu ilə, yaxud prezidentlik müddəti bitdikdən sonra gedəcək…

 

-Son günlər Ərdoğanın Qərb, xüsusən Bayden tərəfindən devrilməsi planlarından bəhs edilir. Bu haqda nə düşünürsüz?

 

-Ərdoğana qarşı hazırda Türkiyə cəmiyyətində narazılıqlar var və hər gün artır.  Bundan başqa həm daxildə, həm də xarıcdə müxalif qüvvələr birləşib.  Türkiyənin hazırda iqtisadi vəziyyəti yaxşı deyil. Qiymətlər, xüsusən su, işıq və qazın qiyməti artıb. Əsasən də işıq pulunun artırılması Ərdoğanın əlehinə çox işlədi. Vaşınqton hazırda Türkiyə müxalifəti ilə siyasi danışıqlar aparır və müxalif qurumları birləşməyə çağırır. Ancaq son zamanlar “altı masa” deyilən siyasi qüvvələr arasında fikir ayrlıqları var. Ərdoğan da boş dayanmır, öz siyasi gedişlərini edir. Ərdoğan 19 ildir iqtidardadır və bundan öncə də ağır siyasi proses və sınaqların öhdəsindən gəlib. Əgər 2023-cü il seçkilərində Türkiyə müxalifəti düzgün namizəd irəli sürməsə, Ərdoğan yenə də qalib gələcək növbəti seçkilərdə.  Bununla belə, Ərdoğanın  sansı o qədər də çox deyil.  Hər şey bu gündən sonrakı proseslərdən asılıdır. Ərdoğan 2023-cü ildə ya qalacaq, ya da gedəcək…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button