“Bilmirəm hamıda belədir, yoxsa yox, mənə ad günümdə bir xoşbəxtlik gəlir…”

“Həyatda seviniriksə də o biri tərəfdən ömrümüzdən bir gün azalır…”
Bu gün müğənni Tacir Şahmalıoğlunun doğum günüdür. O, 24 may 1965-ci ildə Ağdamın Sarıhacılı kəndində anadan olub.
Müğənni Moderator.az-a açıqlamasında doğum günüylə bağlı təəssüratlarını bizimlə bölüşüb:
“Doğum günümdə məni yada saldığınız üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə, bilmirəm hamıda belədir yoxsa yox, mən ad günümdə uşaqlaşıram, mənə bir xoşbəxtlik gəlir, uşaqlığıma dönürəm. Biz həyatda seviniriksə də o biri tərəfdən ömrümüzdən bir gün azalır. Mən Azərbaycan xalqına xoşbəxtlik arzulayıram. Hamı bir-birinə qaynasın, qarışsın. Şükür Allaha ki, torpaqlarımız da işğaldan azad olunub. Bundan sonra gözəl günlərimiz gəlir. Hamıya can sağlığı, xalqımıza toy, xeyr iş arzulayıram”.
Vasif Əlihüseyn