Qərb alimləri Allahın insanı gil palçığından yaratdığını sübut etdi…-ARAŞDIRMA 

Dr. Leyl M. Koyn: “Zahirən  hərəkətsiz görünən lil daxilində sirli bir həyat yaşayır…”

 

“Bu xüsusiyyəti ilə lil canlı hüceyrəyə bənzəyir; burada hüceyrənin ən kiçik hissəcikləri, eləcə də ionlar sürətləndirici funksiyanı yerinə yetirir…”

 

Dünya elm korifeyləri “İnsan palçıqdan yaradılmışdır” qənaətinə gələrək Quran ayələrini qəbul edirlər. 

 

“İnsanın gildən yaradılması” problemi geologiya və biologiya sahəsində aparıcı tədqiqatçılar tərəfindən intensiv şəkildə araşdırılır. Tədqiqatlarla Massaçusets Texnoloji İnstitutundan Hayman Hartman, Kaliforniya Universitetindən Leyl M. Koyn, Belçikanın Liyege Universitetindən Pyer Lazio və Qlazqo Universitetindən Qraxman K. Smit kimi tanınmış alimlər məşğul olublar. 

Moderator.az dəyərli oxucuları xarici İslam saytlarına istinadla təqdim etdiyimiz materialda bu mövzu ilə tanış olmağa dəvət edir:

 

“Gil, daha doğrusu, lil nədir?..

 

Uca Allah Quranda buyurur:

 

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ

 

“O, öz hikməti ilə hər şeyi ən gözəl surətdə yaratmış və insanı yaratmağa palçıqdan başlamışdır” (Qurani-Kərim, “Səcdə” surəsinin 7 ayəsi).

 

خَلَقَ كَالْفَخَّارَ مِن صَلْصَالَ

 

“O, insanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı.” (“Rəhman” surəsi, 14-cü ayə).

Biz “lil” sözünü tələffüz etdikdə adətən ağcaqanadlarla dolu bataqlığı – bütün yoluxucu xəstəliklərin yığımını təsəvvür edirik. Ən yaxşı saxsı qabın lildən hazırlandığı da məlumdur.

 

Lil, gil və qum qarışığı olmasaydı, elektronika meydana gəlməz, qitələrarası və peyklərarası rabitə yaranmazdı. Və 20-ci əsrin ən böyük kəşfi olan kompüterlər də ixtira olunmazdı. 

 

Elektron elementlərin (diod, tranzistor, rezistor və s.) – yarımkeçiricilərin əsası lildən başqa bir şey deyil. Ən yeni kommunikasiyanın əsasını qoyan “super-keçiricilər” də lilin törəməsidir.

 

Lilin xassələri tükənməzdir. O, yaxşı katalizatordur, neft emalında əvəzolunmaz sürətləndiricidir. Zəhəri zərərsizləşdirir, onu zəhərlənmiş maddələrin tərkibindən özünə çəkir və bununla da onları təmizləyir. Lilin digər mühüm xüsusiyyəti onun radiasiyanı udmasıdır. O, radioaktiv maddələrdən radiasiya şüalarını udaraq ətraf mühitin təmizlənməsinə töhfə verir.

Lil (gil) canlı orqanizmdir…

…إِنَّا

 

“…Həqiqətən, Biz onları yapışqan palçıqdan yaratdıq” (Saffat surəsinin 11-ci ayəsinin mənası).

 

 

Tədqiqat

 

Kaliforniya Dövlət Universitetindən Dr. Leyl M. Koyn bildirir ki, “zahirən  hərəkətsiz görünən lil daxilində sirli bir həyat yaşayır. Qatılaşmış lil parçası..”  ,- o yazır,- “Mən balta ilə vurdum və kəşf etdim: o, laboratoriyada bir ay ərzində ultrabənövşəyi enerji yayırdı. Məni lilin onun mənbəyi olması təəccübləndi.

 

Məsələ nədədir? Lil kristal elementlərdən ibarətdir. Kristalların molekulları lövhələr və ya vərəqələr şəklində sıralar əmələ gətirir. Onlar ion zəncirini qururlar. Hər bir lil hissəciyində yerləşən “kimyəvi reaksiyanın təşəbbüskarı” adlandırılan ionlar onlara verilən proqrama uyğun hərəkət edirlər.

 

Bu xüsusiyyəti ilə lil canlı hüceyrəyə bənzəyir, burada hüceyrənin ən kiçik hissəcikləri, eləcə də ionlar sürətləndirici funksiyanı yerinə yetirir…”

 

Düşünməyə səbəb…

 

Tədqiqatların nəticələri göstərdi ki, kristalın ion zənciri xarici təsir altında məhv edildikdə, bir müddət sonra vərəqəyə bənzər molekullar onu yenidən bərpa edir.

 

Ceym Qlekə görə, “kristallarda ion zəncirinin hərəkəti şahmat taxtasındakı fiqurların məntiqi hərəkətinə bənzəyir”.

 

Leyl M.Koyn deyir: “Lilin kristal birləşməsi ilə onun bütün imkanları tükənmir, çünki ən təmiz kristal daha çox ağ kağıza bənzəyir. İon zəncirinin hərəkəti, yəni onun elektrik cərəyanını keçirmə qabiliyyəti xarici təsirlərə məruz qalır. Həyatın ən sadə axını buna əsaslanır – enerjini kənardan götürüb istifadə etmək. Özünü yeniləmək isə növbəti addımdır. Bu iki halın lildə olması  həyatın ondan yaranması nəzəriyyəsini bir daha təsdiqləyir.

 

Doktor Hartman isə bu barədə belə deyir:

 

 “Daha təkmil avadanlıqla biz özümüzü lil molekullarını öyrənməklə məhdudlaşdırmazdıq, onun atom quruluşuna daha dərindən nüfuz edərdik və şübhəsiz ki, daha əhəmiyyətli nəticələr əldə edərdik. Lakin o zaman belə , mən buna əminəm, yer üzündə həyatın mənşəyi haqqında dolğun cavabımız olmayacaq. “Məncə, – tədqiqatçı yazır, “həyat” və “canlı” anlayışları atomların və molekulların maddiliyi ilə bağlı deyil. Lilin xassələrinin öyrənilməsində nə qədər irəliləyiş əldə olunsa da, biz ondan insan yaradılmasını nəzəri cəhətdən əsaslandıra bilməyəcəyik, çünki bu, bizim əqli və intellektual imkanlarımız xaricindədir. Həyatın anlaşılmaz düsturu Yaradanın öz əlindədir. Biz yalnız düşünmək üçün səbəb verə bilərik, lakin laboratoriyalarda həyat yaratmaqda acizik.

Doktor H.Hartmanın təbirincə desək, “həyata həyat verən” şey, Quran və hədislərin bildirdiyi ruhdan başqa bir şey deyil. Ruhun hərəkətinin mahiyyəti isə insan ağlına tabe deyil.

 

Çünki Quranda buyurulduğu kimi:

 

وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّنَ الْعِلْمِ إِلَّا قَلِيلًا

 

(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”(İsra, 85)…

 

Tərcümə və təqdim etdi: 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button