“Əvvəlcə o dovşanı tutun…” – Henri Kissincer Corc Sorosa qarşı

Kissincer Rusiyaya qalib gəlmək və ya onu təcrid etmək cəhdlərinə qarşı çıxıb…

 

Soros bəşəriyyəti xilas etmək üçün Putinin qarşısının alınmasına çağırış edib…

 

“Amerika siyasəti üçün Rusiya ikincidərəcəli problemdir, uzunmüddətli perspektivdə Amerika- Çin münasibətləri daha önəmlidir”

 

“Güclülər bacardıqlarını edir, zəiflər əzab çəkməli olduqları əzabı çəkir”

 

“Bizim ruslarla çinliləri demokratiyaya inandırmaq vəzifəmiz yoxdur”

 

Dünya siyasətinin iki veteranı Davosda dünya düzəninə iki tamamilə müxtəlif baxışlar təklif edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” nəşri yazıb.

 

Oxucuların fikirləri də müxtəlif olub. Bəziləri Kussinceri, digərləri Sorosu müdafiə edib, heç birini dinləməməyi də düşünənlər var.

 

Davosda Ümudünya iqtisadi forumunda diskusiyalar əsasən iki məşhur amerikalı immiqrantın mövqeləri ətrafında gedib. Hər ikisi nasist rejimini görüb və baxmayaraq ki, hər ikisinin yaşı 90- ı keçib, yenə də emosoyaları onları narahat edir.

 

Bu həftə 99 yaşını qeyd edəcək Henri Kissincer videformatda çıxış edərək, Rusiyaya qalib gəlmək və ya onu təsrid etmək cəhdlərinə qarşı çıxaraq, Ukraynanı 2014- cü ildəki ərazi itkilərilə barışmağa və döyüş əməliyyatlarına son qoymağa çağırış edib.

 

Bir neçə saatdan sonra isə 91 yaşlı Corc Soros zalda çıxış edərək, bəyan edib ki, “bəşəriyyəti xilas etmək üçün” Putin Rusiyasının qarşısı alınmalıdır və Qərbə Ukraynanın qələbə qazanması üçün onu bütün zəruri olanlarla təchiz etməyə çağırış edib.

 

Reseptlər müxtəlifdir, amma təəssüratlar oxşardır.

 

Hər ikisi hesab edir ki, mövcud dəyərlər və maraqlar baxımından ABŞ- ın xarici siyasətinin başlıca məqsədi Avropada sülhü qorumaqdır.

 

Hər ikisi Qərb sivilizasiyasında yaxşı nə varsa, özünü onun müdafiəçisi hesab edir. Hər ikisi hesab edir ki, döyüş əməliyyatları dünya üçün ciddi təlatümdür və münaqişənin uzanmasından narahatdır.

 

Hər ikisi – Kissincer də, Soros da Rusiyanı ikincidərəcəli problem hesab edir, çünki uzunmüddətli perspektivdə Amerika siyasəti üçün Amerika- Çin münasibətləri daha önəmlidir.

 

Onlar hansı dünya düzəni və sivilizasiyaya tərəfdar olmasına görə fərqlənirlər.

 

Soros Bayden administrasiyası kimi dünya siyasətinin başlıca problemini demokratiya ilə totalitarizm arasında mübarizəni hesab edir.

 

Qanunun özü demokratiyanın öz vətəndaşlarının hüquqlarına hörmət edilməsini və ölkənin hüdudlarından kənarda beynəlxalq hüquqa riayət olunmasını tələb edir.

 

Totalitar hakimlər həm ölkədə, həm də xaricdə istənilən məhdudiyyətləri rədd edir və Putinin Ukraynadakı əməliyyatı rusiyalı dissidentlərlə davranışı kimi qanunsuzdur. Onun Ukraynadakı hərəkətləri beynəlxalq düzənin fundamental prinsiplərinə hücumdur və uğur qazanacağı təqdirdə dünya siyasəti cunqli qanunlarına dönəcək:

 

“Güclülər bacardıqlarını edir, zəiflər isə əzab çəkməli olduqları əzabı çəkir”.

 

Kissincerin mövqeyi çox da ideoloji deyil. Dünyada həmişə müxtəlif hakimiyyətlər olub və olacaq. Amerikanın məqsədi elə bir tarazlıq yaradıb qorumaqdır ki, öz azadlığımızı və müttəfiqlərimizin azadlığını minimal risklərlə və az məsrəflərlə qoruya bilsin.

 

Bizim ruslarla çinliləri demokratiyaya inandırmaq vəzifəmiz yoxdur, biz etiraf etməliyik ki, rəqabət aparan böyük dövlətlərin hüquqları və maraqları var və onlara hörmət etmək lazımdır.

 

Kissincer deyib ki, Rusiya Avropa dövlət sisteminin vacib elementlərindən olub və olacaq və ətraf dünya bu təkzibedilməz faktı tanımalıdır.

 

Tarix açıq- aşkar öyrədir ki, heç bir yanaşma mütləq çəkildə uğur üçün zəmanət deyil.

 

1930- cu illərdə Hitleri sakitləşdirmək üçün Fransa və Britaniya liderləri elə Kissincerin milli maraqlara hörmət etmək arqumentlərini irəli sürüblər. Neomühafizəkarlar isə Corc Buşu İraqa müdaxiləyə sövq edərək, Səddam Hüseyn rejiminin totalitar təbiəti barədə Sorossayağı dəlillər gətiriblər.

 

Kissincerlə Soros yəqin razılaşarlar ki, istənilən nəzəriyyənin avtomatik olaraq dolaşıq dünya düzənində tətbiq edilməsi bəlaya gətirib çıxaracaq.

 

Uzun karyerası boyu özünü gah Kissincer, gah Soros kimi aparan Uinston Çörşilldən 1942- ci ildə dünyanın müharibədən sonrakı düzəni barədə soruşanda,  o elə cavab verib ki, Qərb liderləri yaxşıca yadda saxlamalıdır:

 

“Ümid edirəm ki, belə boş mülahizələrə bekar adamlar varacaq. Biz isə xanım Qlassın kitabındakı qızardılmış dovşan ətinin reseptini xatırlayaq: “Əvvəlcə o dovşanı tutun”.

 

Amma dovşan hələ tutulmayıb. Putin nəinki aman istəmir, ola bilsin ki, taqətdən düşmə müharibəsinə hazırlaşır, bu da Qərb üçün böyük təhlükələr vəd edir. 

 

Rusiyanın yeni hiyləsi- Ukrayna limanlarını blokadaya almaqla hədələmək və dünyada ərzaq tədarükünü pozmaq niyyəti bizə onu xatırladır ki, Putinin əllərində hələ kozırları var. Həm də avropalılar qaz embarqosundan Moskvanın boykotdan qorxduğundan daha çox qorxur.

 

Qərbin həm iqtisadi, həm də hərbi yardımı olmadan Ukrayna uzunmüddətli müharibəyə tab gətirməyəcək.

 

Kiyevin sağ qalması üçün bütün valyutasını müharibəyə xərcləyəndən sonra nəyi qalacaq?

 

 Konqres daha nə qədər 40 milyard dollarlıq yardım paketini qəbul etməyə hazırdır?

 

Avropa ölkələrinin özləri inflyasiyadan və yanacağın qiymət artımından əzab çəkirlərsə, hansı iqtisadi yardımı göstərməyə hazırdır?

 

Əgər münaqişə səbəbindən ərzaqla bağlı fasilələr və ya dünyada hətta aclıq baş verəcəksə, Misir kimi ölkələrdə siyasi sabitlik pozulacaqsa, Qərb Ukraynaya yardım etməklə hansısa qlobal dəstək ala biləcəkmi?

 

Henri Kissincer və Corc Soros, ola bilsin ki, Davosda müzakirələrə təkan veriblər, amma son sözü xanım Qlass deyəcək.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button