“Konkret yazılan əsərlərin müzakirəsi təşkil edilsə, daha faydalı olar…”

“Pademiyadan sonra Beynəlxalq Kitab Sərgisi, Əl Oyunları Sarayında iki kitab sərgisi keçirmişik. Bundan başqa Sumqayıtda və Gəncədə də kitab yarmarkası keçirilib. Kitab sərgiləri bu şəkildə davam edir”

 

Bunu Moderator.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib. Ş.Xuduoğlu daha çox kitab müzakirələrinə üstünlük verməyimizin vacibliyini də vurğulayıb:

 

“Bu cür kitab sərgiləri davamlı olsa, kitab alıcıları üçün çox faydası var. Yəni onlar kitablarla tanış olur, istədiklərini alırlar. Belə tədbirlər çox vacibdir və şikayət etməkdənsə, iş görmək daha faydalıdır, yaxşıdır. Düşünürəm ki, indi daha çox kitab müzakirələrini təşkil etmək lazımdır. Əvvəllər kitablar yox idi. Kitablar oxunmalıdır, sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda, ali təhsil ocaqlarında bu cür müzakirələr olmalıdır. Kitablardan bəhs edən verilişlər hazırlanmalıdır. Konkret çıxan əsərlərin müzakirəsi təşkil olunmalıdır. Əgər bu şəkildə yanaşılsa, daha faydalı olar”. 

 

Qeyd edək ki, bu gün Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və kitab festivalına start verilib. Festival üç gün davam edəcək. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button