28 May – Müstəqillik günündə Azərbaycan torpağında Azərbaycana qarşı mitinq…

28 May – Müstəqillik günündə Azərbaycan torpağında Azərbaycana qarşı mitinq…

 

“Xocavənd rayon mərkəzindəki mitinqin saat 12:00-dan terrorçu Monte Melkonyanın heykəlinin qarşısından başlanacağı planlaşdırılıb…”

 

Artıq 1 il  6 aydan çoxdur ki, Azərbaycan Respublikasının  Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin nəzarətində qalan Xankəndi və Xocalı şəhərlərimizdə mayın 28-də “Zartnir, Lao!” tipli anti-Azərbaycan və anti-türk çağırışlarıyla mitinq və yürüşlər keçirilməsi planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu haqda erməni mənbələri məliumat yayıb.

 

Azərbaycanda Respublika gününün, yəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ilinin qeyd olunacağı bir gündə Qarabağda separatçı-terrorçu ruhlu ermənilərin keçirəcəyi mitinqdə Ermənistandakı “müqavimət hərəkatı”na dəstək nümayiş etdiriləcəyi bildirilir…

Sosial şəbəkələrdə yayılmış anonslardan da bəlli olur ki, Xocavənd rayon mərkəzindəki mitinqin saat 12:00-dan terrorçu Monte Melkonyanın heykəlinin qarşısından başlanacağı planlaşdırılıb.

 

Xatırladaq ki, Xocavəndin mərkəzində 2021-ci ildə terrorçu faşist Qaregin Njdeyə də abidə qoyulub və Azərbaycan tərəfinin tələblərinə rəğmən Rusiya “sülhməramlı” ordusunun rəhbərliyi həmin abidənin sökülməsini təmin etməyib…

 

Zəruri arayış:

 

“Zartnir, Lao!” -1890-cı illərdə yazılmış məşhur erməni “inqilabi xalq mahnısı”dır. Mahnıda qaniçən “fədai” Arabo vəsf edilir və türklərə qarşı mübarizəyə çağırış edilir…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button