“Bu cür elanlarla masaj salonlarına işçi axtarırdılar, amma hansı hoqqalardan çıxdıqları məlum oldu”

“Ümumiyyətlə, işlə bağlı məzmunlu elan vermək lazımdır. Bu elanların da özünün standartları var. Yoxsa ki, kimin kefi necə istəsə elan verdi, bu o qədər də məqbul deyil. Gərək işə dəvət edən müəssisənin də adı bəlli olsun və iş axtaran da bilsin ki, o orda hansı işi görəcək”

 

Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələrdə tez-tez tənqid olunan iş elanları haqda danışarkən deyib. Sosioloq bu məsələlərə belə aydınlıq gətirib:

 

“Dünən Elmlər Akademiyasından gələndə bir elana rast gəldim yazıb ki, “qadınlar üçün iş təklif olunur, beş yüz manat maaş və üstəlik mükafat da alacaq”. Amma nə iş olduğu haqda məlumat verilmir. Amma ora zəng vuran qadın da görəcəyi işi bilməlidir. Ona görə çalışmaq lazımdır ki, bu istiqamətlərdə maarifləndirmə getsin və bu tələb olunsun. İllər öncə bu cür iş elanlarıyla masaj salonlarına işçi tələb edirdilər və sonra məlum oldu ki, orda hansı hoqqlardan çıxırlar”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button