“O, bu xalqın uğrunda çox çalışıb, Pakistan kimi dövləti bizə dost edib…”

“Düzdü, hardasa fikirləşirsən ki, o gənclərə cəza verilməməliydi, adamın ürəyi ağrıyır. Amma dövlətin qanunu var və əgər səhv etmisənsə, cəzanı çəkəcəksən. Ona görə də bunu düzgün addım kimi qiymətləndirirəm”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb  Universitetinin dosenti Rəşid Mahmudov Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran adamlara hök oxunmasına münasibət bildirərkən deyib:

 

“Onlar buna görə bunlar cəzalarını almalıydılar. Çünki Hacı Zeynalabdin Tağıyev bu xalqın uğrunda çox çalışıb, Pakistan kimi dövləti bizə dost edib. Yoxsa ki, sən deyirsən mən sərxoş oldum və onun heykəlinə zərər vurdum bu səni məsuliyyətdən azad etmir. Ölkəmizdə dağıdıcı və yaradıcı adamlar var. O iki gəncin etdiyi dağıdıcılıqdır və buna görə də məsuliyyətə cəlb edildilər. Dağıdıcı məmurlarımız da var və onların da bu gün əksəriyyəti həbsdə cəzasını çəkir”. 

 

Qeyd edək ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədliyə hökm oxunub. Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Tağızadə 1 il 5 ay 28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button