“Övlad dərdimə təslim olmadım, övladın təkrarı olmur, o qadın güclüdür ki, çilələri çoxdur…”

“Bir müddət evdən çölə çıxmadım, yalnız bağa gedib-gəldim. Əslində evdə oturan insan deyiləm, evdə oturanda yoruluram. Amma buna məcbur idim, dərdimlə baş-başa qalmaq istəyirdim. Amma indi bəzi efirlərə gedirəm, həm də lazımlı verilişlərdə, şəhid tədbirlərində iştirak edirəm. Tamaşaçılarımın, sevənlərimin dəstəyi ilə dərdimə təslim olmadım və olmuram. Bəzi kriteriyalar var ki, insan onu qoruyub saxlamalıdır. Əgər o varsa sən insanların qəlbindən heç vaxt silinməyəcəksən. Şükür Allaha mən o sevgini görürəm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyeva deyib. O daha sonra əlavə edib.

“Hər zaman sənətdə də, həyatda da tək mübarizə aparmışam. Bu mənə çətinlik törətməyib, çünki güclü qadınam. Təkbaşına bütün problemləri həll etməyi bacarıram. Buna görə də özümü xoşbəxt hiss edirəm. Hər gün Allahıma şükür edirəm ki, bu gücü, qüvvəni mənə verib. Bir çox müğənnilər deyir ki, xalqın sevgisini qazanmışam. Amma Allah bizi elə imtahanlara çəkir ki, o imtahandan sən xalqın sevgisi ilə çıxırsan. Mən xalqın arasında olmağı sevirəm. Biz onların alqışı ilə bu zirvələrə gəlmişik. Heç vaxt gözüm yüksəklərdə olmayıb. O qadın güclüdür ki, onun çilələri çox olur. O qadın güclüdür ki, Allahın ona verdiyi imtahanlardan alnı açıq, üzü ağ çıxa bilir. Həmişə mənə deyirlər ki, sən kiminsə yolunda özünü qurban verirsən, sağlamlığını itirirsən. Deyirəm ki, bu da Allahın yazısıdır” deyə müğənni bildirib.

 

Nazpəri Dostəliyeva sevilən mahnılarından da danışıb.

“Bəzən mənə deyirlər ki, sizin illər öncə oxuduğunuz mahnılar möhtəşəmdir, onların 2-ci versiyası, təkrarı olacaq? Deyirəm ki, bu da övlad kimidir, necə ki, övladın təkrarı olmur, həmçinin də mahnıların. Bəlkə də onlardan yaxşısı olacaq, amma həmin mahnılar olmayacaq. Çünki bir dəfə yaranan, bir dəfə yaranır” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button