“Yerinə olsaydınız, ondan betər işlər görərdiniz…”-Xalq şairi Ziya Məmmədovu müdafiə etdi…

“Mənim Ziya Məmmədovla alverim olmayıb. Ona nə pul verməmişəm, nə də pul almamışam. Məsələ bundadır ki, bu gün Ziya Məmmədovu məsxərəyə qoyanlar özləri ondan betər işlər görərdilər. Adamlar çox qəribədirlər. Ermənilər deyir ki, səni qaldırım keçim yerində oturum. Biz isə deyirik yox, səni yıxım başını kəsim, rahatlanım. Bizim bəlamız bundan ibarətdir”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Həcc ziyarətinə getməsinə münasibət bildirərkən deyib. Vahid Əziz Ziya Məmmədovun bu cür addımlarını normal qarşıladığını bildirib: 

 

“Mən Mərkəzi Komitədə işləyəndə bir yoldaş bir işlə bağlı məndən xahiş etdi. Gördüm ki, bu normal iş deyil, gərək burda dəllalıq edim. Dedim ki, vallah, bu mənlik deyil. O da dedi ki, “Vahid Əziz, səndəki sənəd məndə olsaydı, bilirsən nə edərdim”. Dedim ki, ona görə səndə yoxdur. Qaldı ki, Ziya Məmmədov nazir işləyib, pul oğurlayıb, neyləyib, özü bilər. İndi bu adam haqqın yoluna qayıdır, ömrünün bu yaşında ziyarətə gedir. Mən başa düşə bilmirəm ki, bunu məsxərəyə qoyanları narahat edən nədir? 

 

Bəzi adamlar içimizə düşüb bizi bir-birimizlə düşmən etdirirlər, daşa basırlar, məhv elətdirirlər ki, özləri işlərini görsünlər. Xocalıda uşaqların başını kəsən erməni artıq yaddan çıxıb. Düşmüşük Çingiz Abdullayevin, Ziya Məmmədovun üstünə. Həcc ziyarətinə gedir yaxşı edir, özü bilər. Günahnını yumağa gedir. Həcc elə bir müqəddəs yerdir ki, o səni qəbul etməyəndən sonra insanların çoxu ölür. Allah Ziya Məmmədovun yolunu açsın. Onunla tanışlığım yoxdur. Amma bu insandır, Azərbaycan vətəndaşıdır. Erməniyə qalib gələn bu dövlət Ziya Məmmədovu həbs etməyibsə, demək ki, o həbsdə qalacaq adam deyil. Bəs bu adamlar ondan nə istəyir?”. 

 

Qeyd edək ki, Ziya Məmmədov Həcc ziyarətinə gedəcək. Artıq bunun üçün Z.Məmmədov 9150 manat ödəniş də edib. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button