“FSB”-nin İrəvanda revanşist mitinqləri təşkil edən generalı Avropaya yollandı…-SƏBƏB?..

Aprelin 17-dən İrəvanın Azadlıq meydanında müddətsiz oturaq aksiya və etiraz aksiyası elan etmiş “Şərəf duyuram” fraksiyasının rəhbərlərindən biri, “Vətən” partiyasının lideri Artur VanetsyanErmənistanın “Vətən” partiyasının lideri Artur Vanetsyan Avropaya qısamüddətli səfərə gedib.

 

Moderator.az xəbər verir ki, Tert.am nəşrinin yazdığına görə,  bu haqda partiyanın mətbuat katibi Sos Akopyan məlumat yayıb.

 

O, bildirib ki,  partiya liderinin səfərinə səbəb səhhətində yaranan problemlərdir. “Artur Vanetsyan mübarizəni davam etdirmək üçün təxminən iki gündən sonra Ermənistanda olacaq, başqa heç nə yoxdur”- deyə S.Akopyan əlavə edib.

 

 

Zəruri arayış və xatırlatma:

 

 Hazırda Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən və terrorçu eks-prezident Serj Sərkisyanın lideri olduğu “Şərəf duyuram” müxalif  blokunun üzvü olan Artur Vanetsyan  2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib.  2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra “Vətən” partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb.

 

Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində  A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı… 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla  Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı…

Ötən il isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırıb… 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button