“Bəzi deputat və yazıçılarımız öz əsərlərini məcburi dərsliklərə saldırırlar…”

“Dərslik məsələsi çox ciddi məsələdir və ona görə də buna hədsiz dərəcədə diqqət yetirmək lazımdır. Mən adətən dərslikləri iki qrupa bölürəm. Bir qrup dərsliklər bəşəri dəsrliklər adlanır. Onlar fizika, kimya, bilogiyadır. Bu dəsrliklər başqa ölkələrdə də eyni cür olmalıdır. Belə dərsliklərin milli müəlliflər tərəfindən yazılmasının tərəfdarı deyiləm. Çünki dərslik yazmaq tək elə alim olmaq deyil, bunun üçün pedaqoq olmalısan, qonşu fənnlərlə əlaqəni, inkişafın fəlsəfəsin bilməlisən”

 

Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov deyib. Professor ona görə bu sahədə sui-istifadə hallarının yolverilməz olduğunu bildirib:

 

“Amma kimin imkanı var ona dərslik yazmaq üçün şrait yaradırlarsa, bu düzgün deyil. Bəzi dərsliklər var ki, məsələn, Azərbaycan  dili, tarixi, coğrafiyası, təbiəti, mədəniyyəti kimi dərslikləri isə azərbaycanlılar yaza bilər və yazmalıdır. Dərslik mükəmməl olmalıdır, bu nə qədər qeyri-mükəmməldirsə, şagirdlərimiz də bir o qədər qeyri-mükəmməl mühəndis, həkim olacaq. Ona görə də dərslik məsələsi ciddi məsələdir. Xüsusilə dərsliklər içərisində tarix dərsi xüsusi önəm daşıyır.  

 

İndi ədəbiyat dərsliyi də var və bura elə hər şeiri salmaq olmaz. O şeirlər dərsliyə salınmalıdır ki, onlar milli dəyər yaradır. Məsələn, Səməd Vurğun bir şeirində yazır ki,

 

Günəşi örtsə də qara buludlar,

Yenə qüdrətini özündə saxlar. 

 

Bu şeir artıq dəyərdir. Dünən Mirzə Ələkbər Sabirlə bağlı bir verilişə baxdım və bu mənə ləzzət elədi. Çünki illərdir Sabiri bizə başqa cür təqdim edirdilər. 

 

Bəzi deputat və yazıçılarımız öz əsərlərini məcburi dərsliklərə saldırırlar. Bu isə qətiyyən yolverilməzdir. Əgər o əsərdə dəyər yoxdursa, dərsliyə salınmalı deyil. Məsələn, Mircəlal Paşayev “Bir gəncin manifesti” əsərində deyir ki, “İtə ataram, yada satmaram”. Bu cümlə artıq dəyərdir.  

 

Milləti yazıçı yaratmalıdır. Əgər bizim millətimiz zəifdirsə, bu millətin yox, yazıçılarının günahıdır. Bu da odur ki, vaxtında Sabirə, Mirzə Cəlilə qiymət verməyiblər. Əgər dəqiq elm adamları müasir rentgen, UZİ aparatları yaradırsa, bədii söz insanları da milli dəyərlər yaratmalıdır”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button