Mərhum bayraqdarın qızı ifasıyla hamını kövrəltdi + VİDEO

Azərbaycan xalq hərəkatının bayraqdarı, mərhum Yaşar Türkazərin qızı Turqanay xanım kamança alətində artıq sərbəst ifalar edir. Turqanay bununla bağlı musiqi məktəbində təhsil alır. 

 

Turqanayın yaxınları Moderator.az-a bildiriblər ki, onun qədim çalğı aləti olan kamançaya çox böyük həvəsi var və artıq məktəblərdə təşkil edilən tədbirlərdə də iştirak edir. 

 

Bundan əvvəl 44 günlük Vətən müharibəsi zamanı Turqanay əsgərlərimizə məktub yazıb və üçrəngli bayrağımızı da onlara göndərib. Onun əsgər məktubunu isə Vətən müharibəsi iştirakçısı Fərid Hadıyev alıb. Turqanayın arzusuna uyğun olaraq atasının son nəfəsində ona hədiyyə etdiyi üçrəngli bayrağımızı əsgərlərimiz Qubadlı rayonunda dalğalandırıblar. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button