“Azərbaycan ərazilərinə yaxınlaşmağa cəhd edən hər bir erməni əsgərinin taleyi fərqli olmayacaq”

Azərbaycanla sərhəddə çadırda yatarkən naməlum gülləyə tuş gələn David Vardanyanın şəxsi əşyaları indi onun evində qara lentli yas şəklinin qarşısında səliqəli şəkildə saxlanılır. Burada onun – mobil telefonu, boş papağı və sevdiyi qızın kulonu ciddi şəkildə qorunur. 

 

Valideynləri deyir ki, Armavir vilayətinin Norapat şəhərində anadan olan Davidi vətənində hamı tanıyırdı. 44 günlük müharibənin iştirakçısı olan David mühasirəyə düşüb və qohumları ondan 3 ay xəbər ala bilməyiblər. 

 

44 günlük müharibədə 3 ay xəbər almamaq –yeni erməni rekordu hesab oluna bilər. Bəlkə də müharibədədə 3 aylıq qış yuxusuna gedib. 

 

Mərhumun atası Vahan Vardanyan deyir ki, oğlunun tərxis olunmasına cəmi 75 gün qalırdı. Mayın 28-də, Ermənistan üçün bayram olan gün David növbədə olub. 

 

İstirahət saatında çadırda yatırdı. Naməlum güllə Davidin ayağından girib və daxili orqanları zədələyib. Onu Qafan xəstəxanasına aparsalar da xilas etmək mümkün olmayıb.

 

Davidin anası Mariettanın dediyinə görə, yaralı oğluna dostları kömək edib, onun yataq çantasında mövqelərdən endiriblər. Marietta üsyan edir ki, müharibə iştirakçıları yenidəm cəbhəyə aparılmalı deyildilər. 

 

P.S. Ailədə tək oğul olan David orduda xidmət etməzdən əvvəl xilasedici olmaq arzusunda idi. İndi isə Qarabağı və Zəngəzuru bərbad günə qoyanların, ora dəvətsiz gələnlərin qəlbini xilas edir. Anlamaq olmur ki, David sərhəddə xidmət etməyə getmişdi, yoxsa yatmağa. Amma indi əbədilik yatır. Və Azərbaycan ərazilərinə yaxınlaşmağa cəhd edən hər bir erməni əsgərinin taleyi fərqli olmayacaq. 

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button