“Doğum günündə Moskvada Fədayə xanımı təbrik etdim, bir yerdə məclisdə olduq…”

“Mən Moskvadayam və Fədayə xanımın doğum gününü də təbrik elədim. Bir yerdə də məclisdə olduq. Təbii ki, Fədayə xanıma can sağlığı arzu edirəm. O çox yaxşı dost, sənət yoldaşıdır. Son zamanlar işlərimlə bağlı Moskvada oluram və ona görə də Fədayə xanımı görmək imkanlarım olur”

 

 

Bunu Moderator.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu duet ortağı, müğənni Fədayə Laçın haqqında danışarkən deyib. Tacir Şahmalıoğlu Fədayə xanımla münasibətlərinin çox yaxşı olduğunu bildirib:

 

 

“Fədayə xanımla ifa etdiyimiz duetlərimiz necə dillər əzbəridirsə, yeni mahnılarımız da elə olacaq. O əvəzolunmaz bir sənətçidir. Ona çox böyük hörmətim var, gözəl insandır. Şükür Allaha Fədayə xanım Moskvada oğluyla birlikdə həm restoran işlədir, həm də sənətini davam etdirir. Ona ancaq övlad toyu görməyi arzu edirəm. Onunla duet ortaqlığımız yenidən başlayıb və ümid edirəm ki, çox yaxşı ifalarımız olacaq”.

 

Qeyd edək ki, iyunun 3-də müğənni Fədayə Laçının doğum günü idi. Əməkdaşımız çalışsa da, Fədayə xanım telefon zənglərimizə cavab verməyib. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button