“Əgər bunu edə bilmiriksə, deməli, müəyyən dərəcədə problemlər var və elə etməliyik ki…”

“Bakının əsas problemi yaşıllıqdır, əgər biz bunu edə bilmiriksə…”

 

“Bütün hallarda bu məsələyə yol vermək olmaz. Bunu diqqətə almaq lazımdır, çünki indiki vəziyyət elədir ki, ekologiyanın qorunması prioritet məsələlərdən biridir”

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Bakının mərkəzində ağacların kəsilərək, piyada səkilərinin dağıdılaraq yerində parkinq salınmasına münasibət bildirərkən deyib.

 

Fazil Mustafa ağacların kəsilməsinin yolverilməz olduğunu bildirib:

“Təbii ki, tikinti getməlidir, iş görülməlidir, amma ağac əkilməsinin nə qədər böyük problem olduğunu nəzərə alsaq, hesab edirəm ki, bu məsələdə bir qədər diqqətli davranmaq hamının borcu olmalıdır. Çünki Bakının əsas problemi yaşıllıq, oksigen azlığı problemidir. Əgər bunu biz edə bilmiriksə, deməli, müəyyən dərəcədə problemlər var və biz problemləri elə etməliyik ki, bu səviyyəyə gəlib çatmasın”. 

 

Qeyd edək ki, Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib. Bunu şəhərəin tam göbəyində, Bülbül prospektində ediblər. Adı çəkilən ərazidə piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildiyi, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünür. Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də araşdırmaya başlayıb.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button