“Elçibəy rayonda başçı kimi prezident seçkisinə qarışmamağımı yüksək dəyərləndirmişdi…”

“Əbülfəz bəy özü obyektiv insan olduğundan ölkəni bu vəziyyətdə idarə etməyin çətin olacağını dərk edərək əvvəlcə prezidentliyə namizədliyini vermək istəmirdi…”

 

30 il bundan öncə müstəqilliyini bərpa etmiş Azərbaycanda ilk prezident seçkiləri keçirilmiş və  Xalq Cəbhəsinin lideri  Əbülfəz Elçibəy qalib olmuşdu.  Tanınmış ictimai-siyasi xadimlərdən biri, sabiq deputat Maksim Musayevin həmin seçkilərlə bağlı bizə nəql etdiyi özünün dediyi kimi, maraqlı və ibrətamiz  bir olayı dəyərli Moderator.az oxucularının nəzərinə çatdırmaq yerinə düşər:  

“Əbülfəz bəy özü obyektiv insan olduğundan ölkəni bu vəziyyətdə idarə etməyin çətin olacağını dərk edərək əvvəlcə prezidentliyə namizədliyini vermək istəmirdi. Sonradan o, Xalq Cəbhəsindəki silahdaşlarının təkidli xahişi ilə Prezident seçkilərində iştiraka razılıq verdi.  Ümumiyyətlə, mən onu müsbət insan kimi tanımışam. Elçibəylə bağlı bir maraqlı və ibrətamiz hadisəni danışım. 1992-ci ilin 7 iyununda Prezident seçkiləri zamanı mən Xızı rayonunun icra başçısı idim. Onda rəhbərlikdən mənə zəng edib vəziyyəti soruşdular. Dedim ki, gerçək vəziyyəti bilmək istəyirsinizsə, Xızıda Elçibəyə, demək olar ki, səs verən olmayacaq. Onu deyim ki, Astara və Şəmkirdə də eynu fikri söyləmişdilər. Seçkilərdən sonra rayon başçılarını Prezident Aparatına toplamışdılar. Həmin toplantıda dövlət müşaviri Arif Hacıyev açıq dedi ki, sizin hər birinizin müqəddəratı Elçibəyin prezident seçilməsindən asılıdır, Elçibəyə səs toplaya bilməyənlərlə işləməyəcəyik, belə bölgə başçılarının başına oyun açacağıq…

 

Mənim obyektiv mövqeyimi əvvəlcədən bildiklərindən seçkidən bir neçə gün öncə Xızıya rəhbərlikdən iki nəfər gəldi və müavinim İbrahim İbarahimovla birgə təklif etdilər ki, sən 10 gün ərzində yalnız təsərrüfat, təhsil məsələləri ilə məşğul ol, seçki məsələsini biz özümüz həll edəcəyik. Mən də razılaşmağa məcbur oldum. Amma seçki günü məni təcili çağırdılar ki, bəs ölmüşük, bizi yerdən götür, Elçibəyə heç kəs səs vermək istəmir. Protokollar gələndə məlum oldu ki, Elçibəyə cəmi 0,8 fazi səs toplanıb. Onlar yuxarı məlumat verəndən sonra adını çəkmək istəmədiyim biri zəng elədi ki, bəs ayıbdı, heç olmasa, o sıfırı silin, heç olmasa 1 faiz yazın. Nə isə dəfələrlə zəngdən, xahiş-minnətdən sonra Elçibəyə 18 fazi səs yazdılar. Amma maraqlıdır ki, Elçibəy özü sonradan bu faktı, yəni icra başçısı olduğum Xızı rayonunda seçicilərin az faizinin səsini topladığını bilib bunu çox normal və obyektiv qəbul etmiş və məni də yüksək səviyyədə ədalətli və demokratik düşüncəli insan kimi dəyərləndirmişdi. Demişdi ki, bu kişi – Maksim Musayev rayonun rəhbəri olmasına rəğmən seçkiyə müdaxilə etməyib və camaat mənə nə qədər səs verib, onu da yazıblar. Amma rəhmətlik Elçibəyin əslində Xızıda cəmi 0,8 faiz səs toplmasından və “18 faiz”in necə yazılmasından xəbəri yox idi”.

 

Qələmə aldı:  

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button