Rus desantçılar döyüşdən imtina edir…-Severodonetsk uğurla müdafiə olunur…-RƏSMİ

106 və 76-cı hava-desant diviziyalarının bölmələrində döyüş əməliyyatlarında sonrakı iştirakdan imtina edən hərbçilər Luqansk vilayətindən Rusiya Federasiyasının ərazisinə qaytarılır.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

 

“Siverski istiqamətində düşmən bölmələri Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətlərinin qarşısını almaq məqsədilə nümayişkaranə tədbirlərini davam etdirirlər.

 

Xarkov istiqamətində düşmənin əsas səyləri işğal olunmuş müdafiə xətlərini saxlamaqda cəmləşib. Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almaq üçün minalanma işləri davam edir.

 

Slavyan istiqamətində düşmən taktiki vəziyyəti yaxşılaşdırmaq üçün hücum əməliyyatları aparır. Hərbçilərimizin əks-hücumunun qarşısını almaq üçün düşmən İzyum qəsəbəsi ərazisində mövqelərin atəşə tutulması üçün mühəndis avadanlıqları quraşdırır.

 

Severodonetsk istiqamətində Ukrayna Silahlı Qüvvələri Severodonetsk şəhərindəki hücumu uğurla dəf edir, döyüşlər davam edir. Toşkivka qəsəbəsi ərazisində düşmənin hücumu uğursuz olub. Düşmən Ustinovka yaşayış məntəqəsi istiqamətində də irəliləməyə çalışsa da, ukraynalı müdafiəçilər işğalçıları geri itələyiblər”- məlumatda belə deyilir.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button