“Əhd etmişdim ki, Rəhimin toyunda ayaqyalın oynayacam, çünki…”

“Həmidə xanımla ilk tanışlığım 2000-ci ildə “Kinoklub” verilişində olub. Həmidə xanım “Kinoklub” un daimi sakini idi, mən də çox gənc idim. O vaxt heç müğənni deyildim, prodüsser idim. Oğlan oxuyan qrupum var idi, onları verilişə qonaq çıxarmışdım. Filmdən soundtreyk oxumuşdular deyə Etibar müəllim biiz dəvət etmişdi. Həmin günü mən Həmidə xanımı, Mirzə Babayevi, Telman Adıgözəlovu, Yaşar Nurini, Siyavuş Aslanı daha yaxından tanıdım. Həmidə xanım hər zaman mənim kumirim olub, çünki atam ona pərəstiş edib. Onun adını eşidəndə biz Rusiyada yaşayırdıq, çox gözəl qadın olduğu üçün ona pərəstiş edirdim. Həmidə xanım bir çox məsələlərdə mənə dəstək olub, dostluğunu nümayiş etdirdi. İncəsənət universitetində müəllimimiz olub. Hər zaman sənətkarlarımıza hörmət, diqqət, sayğı bəsləmişəm”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra sənətkarın övladının toyundan danışıb.

“Həmidə xanımın oğlu Rəhim mənim gözümün qabağında böyüyüb. 3 il bundan öncə Həmidə xanımın doğum günündə demişdim ki, “əhd edirəm, Rəhimin toyunda ayaqyalın oynayacam” demişdim. Özünüz də gördünüz ki, ayaqqabımı kənara atıb, toyda ayaqqabısız oynadım. Arzu edirəm ki, üç oğul, bir qız nəvəsi olsun” deyə müğənni bildirib.

 

Roza Zərgərli sənətindəki yeniliklərdən də danışıb.

 

“3-4 yeni mahnı yazdırmışam, bir neçəsi duetdir. Sabah reper Qurdla duetimiz işıq üzü görəcək, Afaqın verilişində təqdim edəcəyik. Klip də çəkdirəcəm. Bundan əlavə Rüfət Nasosnu ilə də işbirliyimiz olacaq. Onun görünən tərəfi meyxanadır, görünməyən tərəfi isə elmli, düzgün insan olmağıdır. Kanal S telekanalında baş prodüsser olduğum üçün yeni-yeni layihələr təqdim etmək istəyirəm. Başım bu işimə daha çox qarışıb” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button