“Onu çox sevmişəm, məktubumu hələ də saxlayıb…”

Moderator.az- xalq artisti Həmidə Ömərovanın oğlunun toyundan özəl görüntüləri təqdim etməkdədir. Xalq artistləri Rasim Balayevlə Firəngiz Mütəllimova kameramız önünə keçərək, səmimi pozlar verib.

 

Saytımıza açıqlama verən aktrisa Rasim Balayevi çox istədiyini bildirib.

“Rasim Balayevi 7-ci sinifdə oxuyandan “Nəsimi” filmində bütün Azərbaycan qızları kimi mən də sevmişəm, çox istəmişəm. Qismət elə gətirib ki, tələbə olanda ilk dəfə onunla sarayda şəkilimiz olub, hətta ona məktub da yazmışam. İllər keçsə də Rasim Balayev mənim o məktubumu saxlayıb, sağ olsun. Ən böyük arzum idi ki, onunla birgə filmdə çəkilim. Biz “Qala” filmində tərəf müqabili olmuşuq. Bu mənim hələ ki, çəkildiyim son filmdir. O mənə, mən də ona ərk edirəm. Çox sevdiyim böyük sənətkarlarımızdan biridir. Onu görəndə hər zaman sevinirəm, üzümdə sevinc olur. Ərkyana o insanı bağrıma basıram, çünki ən sevdiyim sənətkardır. Allah ona can sağlığı versin, böyük sənətkarlarımızı başımızın üstündən əskik etməsin” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button