“Putin panika içərisində generalların üstünə bağırıb…”- Arestoviç

Rusiya prezidenti Vladimir Putin generalları ilə görüş keçirib və orada çox qəzəblənib. Rus diktatoru hətta onların üstünə zingildəyib.

 

Moderator.az xəbər verir ki,  bu barədə “Feigin Live” “YouTube” kanalına müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.

 

“Moskvadan yaxşı adamlar deyir ki, srağagün (bazar ertəsi, iyunun 6-da – red.) Putinin görüşü olub. O, generalların üstünə çox bərk qışqırıb. Nədənsə çox narazı olub. Çünki onlar vəd etdiklərini etməyiblər”. “- Arestoviç belə deyib.

 

Prezident Ofisi rəhbərinin müşaviri qeyd edib ki, cəbhədəki vəziyyətin onu ruhlandıran əlamətləri var, xüsusən də bəzi ərazilərdən düşmən qoşunlarının çıxarılması…

 

“Hətta işğalçıların bazar günü hücum etməməsi yox, qoşunların Zaporojye istiqamətindən və Donetskdən Popasnayadək Popasnanın xeyrinə çıxarılması. Əgər mən belə düşünürəmsə, əgər onlar həqiqətən də “ölüblərsə” və  digər istiqamətlərdən birləşmələri köçürmədən hücuma keçməyi bacarmırlarsa, bu, o deməkdir ki, onlar hətta “lend-liz”(ABŞ-ın silah yardımı-S.L.) gəlməmişdən əvvəl də temp baxımından uduzublar. Ola bilsin, onlar görünməmiş sayda ehtiyat qüvvələr daşıyır və üç həftədən sonra onları toplayacaqlar, lakin bu mərhələdə onların bütün Donetsk vilayətinin tutulması ilə bağlı planları “ölüb”. Bəlkə bizi aldadırlar və iki gündən sonra dəhşətli hücuma keçəcəklər, amma mən buna da inanmıram.  Hücuma gedə bilən adamlar adətən qüvvələrini başqa istiqamətlərdən köçürmürlər”, – deyə Arestoviç əlavə edib.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button