“Bu tarixi missiyanın bir parçası olmaq və cənab prezidentin rəhbərliyi altında çalışmaq çox böyük şərəfdir”

Mayın sonlarında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifəsindən azad olunaraq Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunması haqqında prezident sərəncamı cəmiyyətdə birmənalı qarşılanmadı. Daha doğrusu, bu təyinatın C. Qurbanovun “vurulma”sı, yoxsa vəzifəsinin yüksəldilməsi olması çək-çevir predmetinə çevrildi. 

 

Sosial şəbəkələrdəki müzakirələr bir yana, bəzi media quruluşları nazirliyin mətbuat xidmətinə müraciət edərək Cavid Qurbanovun və yeni təyin olunan daha iki nazir müavininin hansı sahələri kurasiya edəcəyini öyrənməyə çalışdı. Nazirlikdən verilən şavab isə şablon idi və qanedidici deyildi. Bildirilirdi ki, müavinlər üçün kurasiya edəcəkləri konkret sahələr müəyyənləşməyib. 

 

Bu arada Moderator.az-ın əməkdaşı çətinliklə də olsa C. Qurbanovla telefonla danışaraq fikirlərini öyrənməyə müvəffəq olub. C. Qurbanov bu təyinatı ölkə prezidentinin ona böyük etimad göstərməsi kimi xarakterizə edib:

 

“Əvvəla, siz jurnalistlər bilməlisiniz və əslində bilirsiniz ki, ölkə başçısının qərarları müzakirə olunmur və buna görə də media təmsilçilərinin israrını başa düşmürəm. Qısaca onu deyə bilərəm ki, Cənab prezident, Qarabağdakı tarixi qələbə ilə hamımıza böyük xoşbəxtlik bəxş etmiş Ali Baş Komandanın rəhbərliyi altında çalışmaq o qədər böyük şərəfdir ki, necə deyərlər, indi durub, necə deyərlər, vəzifə sonalamaq çox yersiz görünər. Məhz cənab prezident dəqiq bilir ki, hansımız hansı zaman kəsiyində hansı vəzifəni icra etməliyik. Qarabağımız, füsunkar Şuşamız, bənzərsiz Kəlbəcərimiz düşmən caynağından xilas edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük qayıdışa doğru nəhəng, genişmiqyaslı işlər görülür, tezliklə insanlarmız öz yurd-yuvalarına qayıdacaqlar. Mən də özümü şanslı adam hesab edirəm ki, belə bir tarixi dönəmdə cənab prezident mənə də bir sahədə çalışmağı məsləhət görüb və bu quruculuq işinə bacardığım qədər töhfə vermək imkanı yaradıb. İndi bizə düşən bu etimadı doğrultmaq və onun Vətən qarşısındakı misilsiz xidmətlərinin yanında çox kiçik görünsə belə, bir işin qulpundan yapışaraq bu siyasətə dəstək verməkdir. Etiraf etməliyəm ki, belə bir tarixi missiyanın bir parçası olmaq və cənab prezidentin rəhbərliyi altında çalışmaq çox böyük şərəf, eyni zamanda məsuliyyətdir”.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button