“Məni narahat edən atılmış uşaqların taleyidir, kim nə deyir desin…”

“Sözün açığı, uşaq evləri atılmış uşaqlarla doludur. Hər gün bir qadın gəlib iki, üç uşağından imtina edir, Bakıda iş, ev və nə bilim nə istəyir. İstəməyinə sözüm yoxdur, ancaq uşaqlarını atmasınlar. “Səni axtarıram”da olan Günel adlı qadının uşağı o verilişdə olduğu bir saat ərzində bayırda ağladı. Uşağı uşaq evinə atanda bu travma alacaq. Haqqında danışdığım Günel adlı xanımın isə dörd uşağı var. Dörd uşağı ağlar qoyub, bu nə olmaq istəyir?”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nüşabə Ələsgərli deyib. Müğənni buna görə qadınlara səslənib:

“Ümumiyyətlə, uşaqların atılmasının əleyhinəyəm. Yaxşı da, pis də yaşasa uşaq ana yanında olmalıdır. Günel adlı qadının uşağını da heç kim sakitləşdirə bilmirdi. Xoşqədəm xanım sağ olsun, uşağın dovşan dodaq problemini də əməliyyat etdirdi. Kömək istəyirsən edirlər, əri də gəlmişdi Güneli aparmağa. Çıx get də, uşaqlarını niyə atırsan? Ona görə bununla bağlı bir qanun qəbul edilməlidir. Bu qadın özünün həyatını uşaqlarına da yaşatmaq istəyir. Çox dözülməz bir vəziyyətdir, məni narahat edən atılmış uşaqların taleyidir. Mənə kim nə deyir desin, yenə öz fikrimdə qalıram. O uşaqların axırı nə olacaq? 

Ona görə də üç-üç, dörd-dörd uşaqları doğub gətirib uşaq evinə atmağın əleyhinəyəm. Çünki quş-quşluğuyla, toyuq-toyuqluğuyla balasını atmır. Əgər qadının psixoloji problemi varsa, müalicə olunana qədər uşaqları uşaq evinə vermək olar. Əgər qadının fiziki durumu pisdirsə, o zaman uşaq doğmamalıdır. Axı uşaqlar yazıqdır”. 

Qeyd edək ki, Əməkdar artist Nüşabə Ələsgərli Xoşqədəm Hidayətqızının verilişində belə bir fikir səsləndirib: 

“İstəyirəm qanun çıxarılsın ki, şüuru özünü idarə edə bilməyən qadınlar bir dəfə doğsun, daha yox. Elə bir şey edilsin ki, uşaq dünyaya gətirməsin. Elə bil xalq, ölkə bunları öhdəliyinə götürüb ki, sən uşaq dünyaya gətir, biz baxacağıq. Uşaq doğma. Sən doğ Xoşqədəm, xalq baxacaq”.

Müğənni verilişə gələn Günel adlı qadınla mübahisə edib. O, uşaqlarını kimsəsiz uşaq evinə qoymaq istəyən Güneli qınayıb. Günel adlı qadın isə müğənnini məhkəməylə hədələyib. 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button