“Allah yol versin qalan çəkilərimizi də ataq, arıqlayandan sonra imicimi də dəyişdirəcəm…”

“14-15 kilo çəki atmışam, amma hələ yenə də gedəcək. Çoxu məni görəndə deyir ki, “Mətanət xanım, “Axtarma məni” mahnınızın klipindəki Mətanət olmusunuz. Hamı o Mətanət üçün darıxıb. Bu Mətanəti mən də bu görkəmdə istəmirəm. Heç sevmirəm də. Elə bilirdim ki, dünya başıma uçub, heç cür bu çəki ilə barışa bilmirdim. Sağlıq olsun, Allah yol versin, qalan çəkilərimizi də ataq. Arıqlayandan sonra imicimi də dəyişdirəcəm”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, daha sonra əlavə edib.

 

“Elə böyük bir yorğunluq içərisindəyəm ki. İnşallah, artıq yay gəlir, yəqin ki, vaxt tapıb istirahət də edəcəyəm. Gözümü yaya dikmişəm, inşallah hər şey yaxşı olar. Biz müğənnilər üçün tezdən oyanmaq çox çətindir. Çünki gec yatırıq. Yatmayanda səs də, ağız aparatı da, heç beynimiz də işləmir. Nə edək, bütün ailənin ağırlığı çiyinlərimdədir. Həm atayam, həm ana, həm kişiyəm, həm qadın” deyə müğənni bildirib.

 

Müğənni “Gəlininiz ilə barışmısınız?” sualına belə cavab verib.

 

“Hə, barışmışıq. Mən bu haqda qətiyyən danışmaq istəmirəm. Bilirsiniz ki, mən sülh adamıyam, kin-küdurət mənlik deyil. Davanı qətiyyən sevmirəm, çünki bu uşaqlara da mənfi təsir edir. Biz nə ediriksə uşaqlara xatir edirik. Ana oldunsa sən övladların üçün yaşamalısan, mən həyatı belə başa düşürəm” deyə müğənni deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button