“Vaxtımız az olduğundan nənə babamın Şuşadakı evini axtara bilmədim”

 “Hər qayaya, daşa baxanda şəhidlərimiz yadıma düşürdü, kövrəlirdim”

 

“Ögey ana” filminin Cəmiləsi-Sevinc Axundova uzun illər sonra Şuşaya gedib.

 

Sənətçi təəssüratlarını Moderator.az ilə bölüşüb.

“Şuşaya qızlarımla birgə səfər etdim. Tur avtobusu ilə yola düşdük. Mən hələ də inanmıram ki, Şuşaya gedib-gəlmişəm. Dağları, daşları, qayalıqları görəndə o qədər kövrəldim ki. Bu məndən asılı deyil, çünki hər qayaya, daşa baxanda şəhidlərimiz yadıma düşürdü. Təsəvvür edin biz avtobusla o dolambac yolları güc-bəla ilə getdik, insan fikirləşir ki, əsgərlərimiz o qayalıqları necə qalxıblar?! Bu həqiqətən də sözlə deyiləsi qəhrəmanlıq deyil. Allah hamıya yol açsın, hamı gedib-gəlsin. Siz bilirsiniz ki, mənim anam Şuşadandır. Nənə və babamın evi Şuşanın girəcəyində idi. Bizə dedilər ki, kim Şuşaya yaşayıbsa evlərini gedib axtara bilər. Sadəcə vaxtımız çox az idi, əgər mən ulularımın evini axtarsaydım Şuşanı ürəyim istəyən qədər gəzib-dolaşa bilməyəcəkdim. Çünki mən Şuşaya bələd deyiləm, bilirdim ki, axtarsaydım vaxt gedəcəkdi, digər gözəllikləri görə bilməyəcəkdim. Buna görə çox təəssüflənirəm. İnşallah gələn dəfə mütləq nənəmin evini axtarıb tapacam. Şuşa məni həqiqətən də çox gözəl  qarşıladı. Onunla yenidən görüşmək ümidi ilə Şuşadan ayrıldım” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button