“Kimsə bizi durdura bilməyəcək!..” -Ukrayna müdafiə naziri NATO baş katibi ilə görüşdü…

İyunun 15-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb və onlar Rusiyanın təcavüzünə qarşı mübarizəni müzakirə ediblər.

 

Moderator.az xəbər verir ki, bu barədə Reznikov “Tvitter”-də məlumat paylaşıb.

 

“Yens Stoltenberqlə çox məhsuldar görüş oldu. Rusiyanın Ukraynaya təcavüzü nöqteyi-nəzərindən bu mesaj yüksək səsli və aydın idi: “Karfagen məhv ediləcək! Heç kim bizi durdura bilməyəcək! Bütün Avro-Atlantik məkanının təhlükəsizliyi bizim əlimizdədir.Və bu əllər daha ağır silahlar almalıdır”, – Reznikov belə yazıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button