“Həcim yoxdur, heç bir kişi deyə bilməz ki, əyninə paltar almışam, təmiz adımı qorumuşam”

“Vaxtında biznes qurmadım, məndə olmadı. Mənim ailəmdə problemlər oldu, ağrılı günlər oldu, övladlarım imkan vermədi. Heç nə edə bilmədim. Mənim başqa yerdən gəlirim yoxdur. Nə dalımda Həcim yoxdur, nə əmim yoxdur, nə də dayım”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.

“Mən tək ailə saxlayıram. Ömrü boyu bir dənə kişi deyə bilməz ki, mən onun əyninə bir dənə paltar almışam. Başım dikdi. Mən bu gün məclisə girəndə qadınlar alnımdan öpürsə, kişilər bacı deyirsə, bundan böyük xoşbəxtlik ola bilər?!Mən təmiz adımı qoruyub saxlamışam. Mən bəziləri kimi dəftər vərəqi kimi vərəqlənməmək üçün həddimi bilmişəm. Mən də istəyərdim rəhmətlik yoldaşımdan sonra arxamda dayağım olsun. Amma elə şeylər var ki, hədləri gözləmək lazımdır. Təmiz ad hər şeydən qiymətlidir. Mən gərək öz adımla övladımı utandırmayım ki, gələcəkdə o da mənə hörmət qoysun” deyə müğənni bildirib.

 

Samirə Yusifqızı vaxtilə fərdi dərslər dediyini bildirib.

“Fərdi dərslər demişəm. Tələbələrim də “Xalq ulduzu” ndan tutmuş “Yeni ulduz” a qədər iştirak edib, yerini tutmuş insanlardır. İncəsənət aləmində öz sözünü demiş sənətkarların bir çoxları mənim yanımda oxuyanlar olub. Mən ali savadlı müğənniyəm, təəssüf ki, müəllim deyiləm, həkim deyiləm, hansısa dövlət işçisi deyiləm. Bu sənət çox nankor sənətdir. İnsanı cavan vaxtı sevir bu sənət, yaş 40-50-ni keçdi, artıq heç kimə lazım deyilsən” deyə Samirə Yusifqızı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button