“Putin Lukaşenkonu “divara dirəyib” Ukraynaya qarşı müharibəyə qoşulmağa vadar edir…”

“Lukaşenko heç vaxt öz qoşunlarına Ukraynaya qarşı müharibəyə girmək əmrini verməyə cəsarət etməyəcək”

 

Putin “bunkerdən çıxıb”, Belarusa Lukaşenkonu “sonadək sıxmağa” yollanır…

 

Ukrayna müharibəsində “ikinci cəbhə” açılacaqmı?..

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, Vladimir Putinin Aleksandr Lukaşenko ilə növbəti görüşü hazırlanır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” qəzeti yazıb.

 

Məlumata görə, görüş Qrodno şəhərində iyunun 30-dan iyulun 1-dək keçiriləcək Regionların Forumu çərçivəsində baş tutmalıdır.

 

Nəşr güman edir ki, gözlənilən danışıqlarda söhbət “Qərbin sanksiyalar təzyiqinə birgə müqavimət göstərilməsindən” gedəcək.

 

Lakin ukraynalı hərbi ekspert Oleq Jdanovun fikrinə görə, Putin Belarusa ona görə səfərə gedir ki, Lukaşenkonu “sonadək sıxaraq”, onu Ukraynaya qarşı müharibəyə daxil olmağa məcbut etsin, çünki “xalçaya” dəvət etməklə Kreml Lukaşenkonu yola gətirə bilməyəcək.

 

“Məsələ burasındadır ki, Rusiya Federasiyasının nəfəsi kəsilməkdədir. Luqansk istiqamətində vəziyyətimiz nə qədər ağır olsa da, biz görürük ki, aprel-may aylarında olan hücum potensialı yoxdur. Bu gün operativ rezerv yoxdur, onu yaratmaq üçün zaman lazımdır. Putinə Belarusun ikinci cəbhə açması, döyüş əməliyyatlarına başlaması, Ukrayna ordusu qüvvələrinin bir hissəsini şimal-şərqə cəlb etməsi son dərəcə lazımdır”, – Jdanov deyib.

 

Ekspert qeyd edib ki, Lukaşenko hazırda Qərbin dəstəyini qazanmaq üçün fəal surətdə axtarışdadır:

 

“Ola bilsin ki, məhz bu, Putinə yerindəcə məsələni aydınlaşdırmağa, Lukaşenkonu sonadək sıxmağa, əllərini qana batırmağa və bu müharibəyə cəlb etməyə sövq edib”.

 

Son üç ildə Lukaşenko Putinlə bir neçə dəfə görüşüb. Təkcə 2022-ci ildə beş belə görüş baş tutub, lakin bütün görüşlər Rusiya ərazisində-ya Moskvada, ya da Soçidə keçib.

 

Bu ərəfədə Ukraynanın “Novoye vremya” nəşri məlumat verib ki, Putin Lukaşenkonu “divara dirəyib” və Belarus Ukraynaya müdaxiləyə hazırlaşır.

 

Bu arada isə, rusiyalı publisist Andrey Piontkovskinin sözlərinə görə, Lukaşenko Rusiyanın müharibəsindən yan keçməyə cəhd edəcək.

 

“O, Putinin Qrodnoya səfərindən yaxşı heç nə gözləmir, – Piontkovski “Ukrayna 24″ telekanalının jurnalisti Roman Tsimbalyukla söhbətində deyib. – Lakin Belarus rəhbəri heç vaxt öz qoşunlarına, hətta Putinin bunkerdən çıxaraq ona qonaq getməyinə baxmayaraq, Ukraynaya qarşı müharibəyə girmək əmrini verməyə cəsarət etməyəcək”.

 

İyunun əvvəlində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bəyan edib ki, Lukaşenko ikinci cəbhə açmağa hazır olub və hətta müvafiq əmr də verib, amma onu icra etməyiblər.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button