Tokayev doğrudanmı Putinə qarşı çıxdı?. – Yoxsa bu da bir oyundur?..-ARAŞDIRMA

Rusiya  qondarma denasifikasiyanı yalnız Ukraynada həyata keçirməyə çalışmayacaq. Ekspertlərin fikrincə, onun növbəti qurbanı Qazaxıstandır…”

 

Bəlli olduğu kimi, Sankt-Peterburqda keçirilmiş iqtisadi forumda Qazaxıstan  prezidenti Kasım-Jomart Tokayevdən Donbas və  Luqanskdakı qondarma qurumları  tanımadığını bildirib. Bu bəyanat nə dərəcədə cəsarətlidir və hansı səbəblərdən irəli gəlir?

 

Qazaxıstan rəhbərinin Putinin iştirakı ilə keçirilmiş bir tədbirdə “LXR” və “DXR”-i heç vaxt tanımayacağını bildirməsindən sonra ekspertlər dərhal “Qazaxıstan cəbhəsi” haqda danışmağa başlayıblar. Böyük bir Mərkəzi Asiya Respublikası Rusiyaya meydan oxuyur. Tokayev ilk dəfə deyil ki, özünü inadkar aparır. Yəqin ki, nəticə çıxarmaq üçün hələ tezdir. Tokayevin bu cür davranışının müxtəlif motivləri ola bilər. 

 

Ukraynanın “Segodnya” nəşri Qazaxıstan rəhbərinin motivlərini araşdırmaq qərarına gəlib.

Moderator.az həmin araşdırma yazını oxucularına təqdim edir:

 

Tokayev nə dedi?..

 

İyunun 18-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qasım-Jomart Tokayev bəyan edib ki, Qazaxıstan qondarma Luqansk və Donetsk “respublikaları”nı tanımır.

 

“Hesablamalara görə, millətlərin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşarsa, o zaman hazırda BMT-nin üzvü olan 193 dövlətin əvəzinə, Yer kürəsində 500, yaxud 600-dən çox dövlət  peyda olacaq. Təbii ki, bu, xaos yaradacaq. Bu səbəbdən biz Tayvanı tanımırıq, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı… Görünür, bu prinsip həm də bizim fikrimizcə, Luqansk və Donetskdəki kvazi-dövlət ərazilərinə də şamil olunacaq”, – Tokayev bildirib. 

 

Bundan əlavə, Tokayev Putinin Rusiya Federasiyası ilə əməkdaşlıqda xidmətlərinə görə ona təqdim edəcəyi “Aleksandr Nevski” ordenindən imtina edib.

 

Neft kömürə qarşı…

 

Qeyd edək ki, tədbirdə qazaxıstanlı həmkarının sözlərini ciddi biganəliklə qəbul edən Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Lakin Kremlin Tokayevin belə “qeyri-dost” bəyanatına reaksiyası özünü çox gözlətməyib. Ertəsi gün Rusiya Qara dəniz sahilindəki Novorossiysk limanından Qazaxıstan neftinin daşınmasını dayandırıb. Rəsmi səbəb İkinci Dünya Müharibəsindən qalma partlamamış torpedaların və minaların təmizlənməsidir…

 

Bir sıra KİV-in yazdığına görə, Qazaxıstan hakimiyyəti Rusiyanın hərəkətlərinə cavab olaraq Rusiyaya tranzitlə gətirilən 1700 vaqon kömürün öz ərazisində bloklanmasını və bunu Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyalarına əməl etməklə izah edib.

 

Beləliklə, Rusiya Federasiyası ilə Qazaxıstan arasında gərginlik artır. Hər halda belə bir təəssürat yaranır. Ancaq vəziyyət ilk baxışdan göründüyündən tamamilə fərqli ola bilər…

 

Şirma  və illüziya…

 

“Novaya Qazeta”nın xüsusi müxbiri Vyaçeslav Polovinko hesab edir ki, Tokayevin bəyanatları və Qazaxıstanın hərəkətləri yalnız Nur-Sultan və Moskva arasında qarşıdurma illüziyası yaradan şirma ola bilər. Jurnalistin qeyd etdiyi kimi, Qazaxıstan və Rusiyanın kənd təsərrüfatı, təhsil və digər sahələrdə çoxlu sayda birgə proqramları var…

 

Respublikada rublun məzənnəsi kəskin yüksəldi, bu da ölkəni ruslar tərəfindən çoxlu mal almaq üçün cəlbedici etdi. Qazaxıstanda Rusiya Federasiyasının vətəndaşları sanksiyalardan yayınaraq mal ala bilərlər. Rusiya ilə bu cür əməkdaşlıq həm Qazaxıstan sakinlərinin, həm də Qərbin narazılığına səbəb olur…

 

“Və yanvarın əvvəlində KTMT sülhməramlı kontingentinin ölkə ərazisində peyda olmasından bəri Qazaxıstan prezidenti daim ölkəni Moskvanın mərhəmətinə “təslim” etməkdə və onun maraqlarının ötürücüsü olmaqda ittiham olunur”, – Polovinko deyir. .

 

Vyaçeslav Polovinko: “Tokayevin açıqlamaları şirmadır…”

 

Jurnalistin sözlərinə görə, Tokayev təcili olaraq öz imcinin artan toksikliyindən qurtulmalı idi. Bunu isə ya Avrasiya İttifaqından və eyni KTMT-dən çıxmaq kimi kəskin addımlarla, ya da kəskin, lakin dəqiq çıxışlarlar etmək olar. Açığı, Qazaxıstan prezidenti ikinci variantı seçdi.

 

“Sankt-Peterburqdakı iqtisadi forumdan iki gün əvvəl Tokayev “Rossiya 24” telekanalının efirində deyir ki, Qazaxıstan qətiyyən “Rusiyaya əbədi xidmət etməyə və onun ayağına yıxılmağa” borclu deyil; forumun özündə isə qondarma respublikaların tanınmaması ilə bağlı bəyanat verir. Lakin bütün bunlar razılaşdırılmış oyun kimi səslənir”- deyir Polovinko.

 

Jurnalistin sözlərinə görə, Moskva “DXR” və “LXR” (Qazaxıstan hətta Krımı belə tanımırdı) tanınmasını gözləməyib. Lakin onun sözlərinə görə, Kreml Tokayevin indi “simasını xilas etməli” olduğunu başa düşür…

 

Razılaşdırılmış ssenari üzrə siyasi oyun…

 

Politoloq Vadim Karasev deyir ki, Qazaxıstanla Rusiya arasındakı münaqişə siyasi oyundan başqa bir şey deyil.

 

“Tokayev peşəkar diplomatdır, bu halda o, diplomatik qumarbaz kimi oynayır və blef edir. Onu Rusiya ilə şəriklikdə ittiham edə bilənlərin sayıqlığını kütləşdirmək üçün onun hansısa demarş nümayiş etdirməsi vacibdir”- Karasev belə deyir.

 

Vadim Karasev: “Tokayevin çıxışı Kremllə razılaşdırılmış ssenari üzrə getdi…”

 

Ekspertin fikrincə, Qazaxıstanda vəziyyət ağırdır – Tokayevin komandası “Nazarbayev elitasının” 30 il ərzində əldə etdiyi nüfuzu hələ də əldə edə bilməyib.

 

“Qazaxıstanın Rusiya ilə 3000 km sərhədi var. Bu, sanksiyalardan yayınaraq nəhəng “qara” ixrac və idxal, Rusiya mallarının Çinə tranzitidir. Qazaxıstan və Rusiya çox sıx bağlıdır. Putin Tokayevin oyunun gözəl başa düşür və ona şərait yaradır. Əgər belə olmasaydı, Tokayevin forumda çıxışına, ümumiyyətlə, icazə verilməzdi…

 

Onun son çıxışı,  eləcə də sonrakı guya “neft-qaz müharibələri” kimi Kremllə razılaşdırılmış ssenari üzrə gedib”, – deyə Karasev yekunlaşdırıb.

 

Yeri gəlmişkən, iyunun 20-də Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin mətbuat xidməti ölkədə Rusiya kömürü ilə dolu 1700 vaqonun yolunun bağlanması ilə bağlı məlumatı təkzib edib.

 

“Bu xəbərlər feyk-tullantılardır. Əslində, Qazaxıstan ərazisində Rusiya kömürünün daşındığı 1700 vaqon yoxdur. Həmçinin respublika dəmir yollarının relslərində Qazaxıstan istiqamətində dayanan və ya Qazaxıstandan gələn kömür dolu vaqonlar yoxdur”- nazirlikdən bildirilib.

 

İkitərəfli əməkdaşlıq…

 

Əslində, Rusiya 2022-ci ilin qışında Qazaxıstan şəhərlərini bürümüş inqilabın yatırılmasında iştirak etmək qərarına gəldikdən sonra Tokayev Putinə borclu idi.

 

Moskvanın təzyiqi ilə KTMT ölkələrinin (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan) silahlı birləşmələrinin Qazaxıstana gətirilməsi qərara alınıb.

 

Rusiyanın Ukraynaya təcavüzündən sonra rəsmi Nur-Sultan Çinlə əməkdaşlığı artırmaqla Moskvadan uzaqlaşdığını nümayiş etdirməyə başlayıb.

 

Qazaxıstanın bu il mayın 9-da Qələbə Günündə hərbi parad keçirməkdən də imtina etməsi rusiyalı təbliğatçıları ciddi qəzəbləndirib.

Rusiya  qondarma denasifikasiyanı yalnız Ukraynada həyata keçirməyə çalışmayacaq. Ekspertlərin fikrincə, onun növbəti qurbanı Qazaxıstandır…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button