“O vaxt deyirdilər ki, filankəsin qızı ətli-canlıdır, kiminsə gəlini arıq olanda deyirdilər ki…”

“O vaxt deyirdilər ki, filankəsin qızı, gəlini “ətli-canlıdır”. Kimin gəlini arıq olurdusa zarafatca deyirdilər ki, gəlini ac saxlayırlar. İndi artıq o zəmanə gedib, hamı özünü arıqladır, çəki atır. Biri gedib mədə kiçiltmə edir, biri balon qoyur, digəri dietoloqa gedir. Mənim bunları etməyə dözümüm, səbrim, iradəm yoxdur. Yeməyi sevən insanam, xüsusilə də ət yeməklərini sevirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib. O, daha sonra əlavə edib.

 

“Bəzən sosial şəbəkələrdə köklüyümü təhqir edirlər. İnanın buna görə elə pis oluram. Bilirəm ki,  mən çəkimi ata bilməyəcəm. Nə edim, bunu bacarmıram, arıqlaya bilmirəm. Məni belə qəbul ediblər. Sevənlərim, böyük tamaşaçı kütləm var. İştahım böyükdür, nə edim?” deyə sənətçi bildirib.

 

Xuraman Əlizadə xınayaxdı məclislərinin olmamasından da şikayətlənib.

 

“Hər zaman əziyyət çəkmişəm, zəhmətkeş olmuşam. Mənim əsas gəlir yerim xınalar olub. Bu gün nədənsə çox azalıb. Yəqin ki, toylar azalıb, yaxud da bilmirəm başqa səbəb var. Bəyənən dəvət edir, bəyənməyən isə dəvət etmir” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button