“Gəray bəy kimi xasiyyətə malik idi, bir baxışı ilə nə istədiyini bilirdik”-FOTOLAR

“Mən qısqanc idim, atam deyirdi ki, vay mənim halıma ki, yoldaşım da belə qısqanc ola…”

 

“Atamın nəslində də, ailəsində də oğlan övladı çox idi, amma qız az idi. Ona görə də məni ərköyün böyüdüb, deyirdi ki, o mənim anamdır, ona artıq əskik söz deməyin. Atamla anam bir məktəbdə təhsil alıblar, atam ondan bir sinif yuxarı oxuyub. Bir-birlərini görüb seviblər, düzdü valideynləri razı olmayıblar. Hətta nişanlanandan sonra nişanı qaytarmaq istəyiblər, deyiblər ki “aktyor nədir? Biz aktyora qız vermirik”. Anam deyib ki, mən yalnız ona gedəcəm və atama qoşulub qaçır”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həsən Turabovun qızı Sevinc Turabova deyib. O daha sonra əlavə edib.

“İstək, sevgi belə olmalıdır. Valideynləri nə qədər desələr də “oğlana getmə, aritstdir”, o buna məhəl qoymayıb. Anam da deyib ki, “mən yalnız ona gedəcəm”. O anamdan başqa heç kimi sevməyib, bütün çəkilişlərində də anam iştirak edib. Həqiqətən də atam gözəl ailə başçısı idi. Deyirlər ki, artistlər qastrollarda olur, ailəyə çox laqeyd olurlar. O hara gedirdisə-getsin ailəsindən uzaq düşmürdü. Deyirdi ki, “sizi qoyub necə gedim?”. Elə olurdu ki, özü ilə bizi də aparırdı. Həyatda da Gəray bəy kimi xasiyyətə malik idi, bir baxışı ilə nə istədiyini bilirdik. Bir sözünü iki edə bilməzdik. Mən qısqanc idim, atam deyirdi ki, vay mənim halıma ki, yoldaşım da belə qısqanc olar” deyə sənətkarın qızı deyib.

 

Sevinc Turabova atasının son günlərindən də danışıb.

“Martın 1-də onun doğum günü olacaqdı. Fevralın 23-ü idi, dedi ki, məni niyə təbrik etmirsiniz? Mən onu heç vaxt təbrik etməmişəm. Anam da, mən də ona hədiyyələr aldıq. Anam aldığı hədiyyəni ona verdi, mən isə yox. Dedim ki, verərəm də. Oğlum otaqda oynayırdı. Hər səhər gəlirdi oğlum Daşqınla oynamağa. Gözünü bir nöqtəyə dikib dayandı, ürəyini tutdu. Ürəyi partlamışdı, həkimlərə deyirdim ki, onu yaşadın. Dedilər ki, artıq gecdir” deyə o bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button