“Qazaxıstan Kremlin istəkləri qarşısında boyun əyməyəcək…”

“Qazaxıstan üçün ərazi riskləri qalmaqdadır və gələcəkdə Rusiya təcavüzünün qurbanı ola bilər…”

 

“Tokayevin davranışı kəskin geosiyasi dönüş anlamına gəlmir…”

 

“Tokayev putinyönümlü KTMT və Avrasiya İttifaqını dəstəkləyir…”

 

“Rusiya dilemma qarşısındadır: Qazaxıstana qarşı ərazi iddiaları Çinin narazılığına, Tokayevin “şıltaqlığı” ilə barışmaq başqa satellitlərə pis nümunə ola bilər…” 

 

Nədən Tokayev Putini ictimaiyyət qarşısında alçaltmağa qərar verib?

 

Ekspertlər bu suala cavab axtarışındadır…

 

Qazaxıstan prezidenti Qasım-Jomərt Tokayevin bu yaxınlarda Rusiya rəhbərliyini qəzəbləndirən və rezonans doğuran bəyanatları onu sübut edib ki, o, “Kremlin istəkləri qarşısında boyun əyməyəcək.

 

Moderator.az xəbər verir ki, bu fikri beynəlxalq ekspertlər “Apostrof” xəbərlər nəşrinə söyləyib.

 

Məlum olduğu kimi, iyunun 17-də Peterburq beynəlxalq iqtisadi forumunun Putinin iştirak etdiyi plenar iclasında Qazaxıstan prezidenti Qasım-Jomərt Tokayev “DXR” və “LXR”-i “kvazidövlətlər” adlandırıb və bəyan edib ki, Qazaxıstan onları tanımayacaq. Qazax liderinin fikrinə görə, millətlərin öz müqəddəratının təyini prinsipinin geniş tətbiq edilməsi dünyada xaos yarada bilər.

 

Videoyayımdan göründüyü kimi, forumun aparıcısı Marqarita Simonyan, yumşaq desək, belə sərt cavaba təəccüb edib, çünki Rusiya prezidentinə çoxdandır kimsə belə açıq şəkildə opponentlik etməyib və Kreml təbliğatçıları belə bir şeyin mümkün ola biləcəyini belə unudublar.

 

Tanınmış rusiyalı sahibkar Dmitri Potapenkonun müşahidələrinə görə, Putin də həmçinin Tokayevin bu bəyanatından karıxıb, amma bunu büruzə verməyib.

 

“Qeyri-rəsmi kadrlardan görünür ki, onun pozası dəyişib, başını aşağı salıb. Aydındır ki, öz sözlərinə nəzarət etməyi bacaran normal siyasətçi kimi Putin deməyib: “Ay yaramaz, sən nə edirsən?!” Lakin Putinin sifətindən maska götürülüb, ovurdları şişib, üzünü başqa səmtə yönəldib. Yəni o, büsbütün özünü itirib”.

 

Ukraynanın Gələcək Universitetinin xarici siyasət məsələləri üzrə eksperti İlya Kysanın fikrinə görə, Qazaxıstanın hazırki rəhbəri özünü “ikinci Nazarbayev” qismində-başqasının dediyi ilə oturub-durmayan sərt dövlətçi kimi görür.

 

“Piterə foruma yollanarkən, o, anlayıb ki, Ukrayna ilə bağlı onu sorğu-suala tutacaqlar. Burada iki variant ola bilərdi: ondan eşitmək istədiklərini söyləmək, yaxud, Kremllə bağlı “aksentləri müəyyən etmək”. Tokayev qanunauyğun olaraq ikinci variantı seçib”, – Kusa izah edib.

 

Öz növbəsində siyasi ekspert, İslahatlara dəstək Mərkəzinin rəhbəri Georgi Çijov istisna etmir ki, Qazaxıstan gələcəkdə Rusiya təcavüzünün qurbanı ola bilər.

 

“Qazaxıstan üçün ərazi riskləri qalmaqdadır. Astana 2014-cü ildə Kiyevdə Avromaydana əsəbi reaksiya verib, lakin Rusiyanın hərəkətlərinə  dəstək verməyib. Üzdəniraq “Donetsk” və “Luqansk” “respublikaları uğrunda döyüşən Qazaxıstandan olan “könüllülər” barəsində cinayət işləri açılaraq onları həbs ediblər.

 

Qazaxıstan rəhbərliyi anlayır ki, Kreml Ukraynada qalib gələrsə, uonlar növbəti hədəf ola bilər.

 

Hazırda Rusiya “xüsusi əməliyyat”da ilişib qalıb, qazaxlar üçün risklər azalıb, amma narahatlıq hələ də qalmaqdadır”, – o, qeyd edib.

 

Eyni zamanda Qazaxıstanın müxalif “Base” internet-kanalının rəhbəri Aydos Sadıxov güman edir ki, öz sərt çıxışı ilə Tokayev Putinə özünün siyasətçi və suveren dövlətin rəhbəri kimi müstəqilliyini nümayiş etdirmək istəyib. Lakin bu zaman Tokayevin indiki davranışı kəskin geosiyasi dönüş anlamına gəlmir.

 

“Tokayev birmənalı olaraq deyib ki, Qazaxıstan Putinin yaratdığı KTMT və Avrasiya İttifaqını dəstəkləyir və bu blokların üzvü olaraq qalacaqdır. Yəni hərbi və iqtisadi cəhətdən Putini dəstəkləyəcək…Və Rusiya ilə əməkdaşlığı genişləndirəcək”, – Sadıxov qeyd edib.

 

Qazaxıstan müxalifətçisi xatırladıb ki, Qazaxıstan prezidenti Rusiyaya qarşı Ukraynada törətdiyi müharibəyə görə tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edir.

 

“O, Rusiya şirkətləri və banklarına sanksiyalardan yan keçməyə yardım edir. Qazaxıstanda ortabab rusiyalı biznesmenlərə sığınacaq verir, onlar da repressiyalardan yan keçmək üçün öz biznesini qurur”.

 

“İndi bir məsələ qalır-Kreml rəhbərliyi Nur-Sultan tərəfinin siyasi və mənəvi qeyri-adekvatlığı ucbatından “şıltaqlığına” nə qədər tab gətirə biləcək. Qazaxlara təzyiq edərək, ölkənin şimal regionlarının işğalı ilə təhdid etmək Çinin narazılığına səbəb ola bilər. “Qeyri-loyallığı” ilə barışmaq isə başqa satellitlərə “pis” nümunə ola bilər. Kremlin qarşılaşdığı bu dilemma onunla pisləşir ki, Rusiyanın bütün perimetri boyunca müxtəlif münaqişələr yetişir, Moskva onları söndürməyə macal tapmaya bilər, çünki indi bütün qüvvələr Ukraynada cəmləşib”, – Vladimir Şevçuk sözlərinə yekun vurub.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button