“Rusiya fevralın 24-dən qarşıya qoyulan strateji vəzifələrin birini də icra edə bilməyib…”

“Rusiya hərbi rəhbərliyinin səriştəsizliyi dünya birliyi üçün gözlənilməz olub”

 

Putin narazıdır və generalları bir-birinin ardınca dəyişir

 

Rusiyada, ehtimal ki, bir neçə general vəzifələrindən kənarlaşdırılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə şənbə günü, iyunun 25-də öz kəşfiyyatının nəticələrinə istinadən Böyük Britaniyanın müdafiə nazirliyi məlumat verib.

 

Kəşfiyyatçıların məlumatına görə, iyunun əvvəlindən Rusiya komandanlığı bir neçə generalı müharibədə həlledici komanda vəzifələrindən kənarlaşdırıb. O cümlədən söhbət Hava-Desant Qoşunları komandanı general-polkovnik Andrey Serdyukovdan və Cənub qoşunları qrupunun komandanı olmuş, ehtimal ki, hansısa müddətdə baş əməliyyat komandanı vəzifələrini icra edən Aleksandr Dvornikovdan gedir.

 

Britaniyalılar qeyd edir ki, indi Cənub qruplaşmasına, ehtimal ki, general-polkovnik Sergey Surovikin komandanlıq edəcək. Bundan öncə o, Rusiyanın Hava-Kosmik Qüvvələrinə rəhbərlik edib, onun 30 illik karyerası ünvanına korrupsiya və qəddarlıq ittihamları ilə müşayiət edilib.

 

Qeyd edilir ki, Surovikin 1991-ci ildə DFVK-nın qərarı ilə zirehli texnika karvanına şəxsən rəhbərlik edib, insanları qiyam zamanı əzib, nəticədə üç rusiyalı həlak olub.

 

Moderator.az xəbər verir ki, bu barədə “İnsider” nəşri yazıb.

 

2014-cü ildə o, Şərq hərbi dairəsinin komandanı olub, Rostov vilayətində işləyib, Donbasa ona tabe olan tank hissələrinin göndərilməsinə rəhbərlik edib.

 

1995-ci ildə Surovikin Moskva qarnizonu Hərbi Məhkəməsi tərəfindən bir sıra cinayətlərin törədilməsində günahkar bilinib. O, odlu silah və döyüş sursatlarının əldə edilməsi, satışı, gəzdirilməsində ittiham edilib. Onu 8 il azadlıqdan məhrumetmə cəzası gözləyə bilərdi, amma bir il şərti işlə qurtula bilib.

 

2017-ci ildə Surovikin Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı olub. Suriyada müharibəyə görə ordenlərlə təltif edilib.

 

May ayında ЛIГА saytı Ukrayna və Britaniya kəşfiyyatlarına istinadən məlumat verib ki, Rusiyanın Qara dəniz donanmasının rəhbəri vitse-admiral İqor Osipov həbs edilib. Bu, “Moskva” kreyserinin itirilməsindən sonra baş verib. İstintaq hərəkətləri həmçinin Osipovun birinci müavini vitse-admiral Sergey Pinçuka qarşı da başlanıb.

 

Kəşfiyyatçılar qeyd edib ki, fevralın 24-dən Rusiya bircə strateji tapşırığı da icra etməyib,  Rusiyanın hərbi rəhbərliyinin səriştəsizliyi “dünya birliyinin bütün gözləntilərini üstələyib”.

 

Şəxsi heyətin, silahların və texnikanın misli görünməyən itkilərinə görə Rusiyanın 6-cı ordusunun rəhbəri Vladislav Yerşov tutduğu vəzifədən kənarlaşdırılıb. Bu səbəblərdən də Qərb hərbi dairəsinin birinci tank ordusunun komandiri, müddətdən artıq xidmət edənləri Ukraynaya göndərən  Sergey Kisel vəzifəsindən azad edilib.

 

Bundan başqa, müvəqqəti işğal edilən Krımda 22 AK Cənub hərbi dairəsinin komandanı general-mayor Arkadi Mirzoyev və 103-cü maddi-texniki təchizat əlahiddə briqadasının komandiri Mixail Ponomaryov vəzifələrindən kənarlaşdırılıb.

 

Rusiya generalı Aleksandr Dvornikov aprel ayında Rusiyanın Ukraynadakı qoşunlarının komandanı təyin edilib, artıq iki həftədir ki, nəzərdən itib. Bu barədə “New York Times” qəzeti yazıb. Jurnalistlər güman edib ki, Dvornikov, mümkündür ki, daha Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə rəhbərlik etmir.

 

Dvornikovun Ukraynada işğalçı qoşunların komandanı təyin edilməsini çoxları Rusiyanın ilkin hərbi planının iflasa uğramasının etiraf edilməsi kimi qəbul edib. 

 

Amerikanın rəsmi şəxslərinin sözlərinə görə, general Dvornikov Rusiyanın dağınıq hava və yerüstü bölmələrini öz hücumlarını koordinasiya etmək üçün vadar etməyə cəhd edib. Lakin son iki həftə ərzində o, ictimaiyyət qarşısına çıxmayıb, bu da bəzi məmurlarda onun indiyədək müdaxilə qoşunlarına rəhbərlik etməsinə şübhə yaradıb.

 

General Dvornikov idarəçiliyi öz üzərinə götürəndə “qüvvələr döyüşə çox tez bir zamanda cəlb edilib. Bu qərar Moskvadan gəlməli olub”, – hərbi ekspertlər qeyd edib. Onların fikrinə görə, prezident Putin indiyədək əməliyyat səviyyəsində qoşunların komandanlığına cəlb edilib.

 

Dvornikov Rusiya generallarının ən təcrübəlisi və qəddarıdır. 

 

2015-2016-cı illərdə Rusiya qoşunlarının Suriyada qruplaşmasının komandanı olub, elə Ukraynanın şərqində gerçəkləşən, bütöv yaşayış məntəqələrini Yer üzündən silən taktika ilə-güclü artilleriya atəşləri və bombardmanlarla ad çıxarıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button