“Rusiya raketinin Azərbaycan səfirliyinin olduğu rayona düşməsində nəsə mesaj-filan yoxdur…”

Heç ruslar nəzərdə tutduqları hədəfləri vura bilirlər ki? Atdıqları mərmi və raketlərin 40 faizi tamamilə hədəfdən yayınır…”

 

Xəbər verildiyi kimi, dünən – 26 iyun, səhər saatlarında   Rusiyanın Kiyevə atdığı raketlərdən birinin Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşməsi və səfirlik binasının guya zədə görməsi, divarlarda çatlar əmələ gəlməsi haqda məlumatlar yayılıb.  Bu barədə mediaya səfirlikdən və Azərbaycanlılarının Birləşmiş Diasporasının mətbuat xidmətindən də informasiyalar çatdırılıb.

 

Bəzi siyasi şərhçilər Xəzər dənizi vasitəsi ilə atıldığı deyilən bu raket zərbəsinin Azərbaycana da bir mesaj olduğunu bildirirlər. 

Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev Moderator.az-a açıqlamasında belə şərhlərlə razılaşmadığını bildirib.

 

“Mən Kiyevə endirilmiş sözügedən raket zərbəsini belə şərh etməyin əleyhinəyəm. Burada heç bir mesaj-filan yoxdur… Əvvəla, raket Azərbaycan səfirliyindən bir neçə yüz metr məsafəyə düşüb. Və bu, təsadüfdür. Sadəcə, rayon eyni rayondur. Və onu da deyim ki, həmin ərazidə bir çox digər ölkələrin də səfirlikləri var.  Azərbaycan səfirliyi, ərazisinə  görə, demək olar ki, Ukraynada ən böyük səfirlikdir. 7-8 hektarlıq ağaclıq bir ərazidədir… İkincisi də, deyildiyi kimi, heç bir ciddi zədə-filan da dəyməyib səfirlik binasına… Məlumatlar şişirdilir… Üçüncüsü də, həmişə dediyimiz kimi, heç Rusiya hərbçiləri nəzərdə tutduqları hədəfləri vura bilirlər ki? Atdıqları mərmi və raketlərin 40 faizi tamamilə hədəfdən yayınır…”

 

Həmyerlimizin Ukraynadakı son durum barədəki geniş müsahibəsi ilə yaxın müddətdə tanış ola bilərsiniz…

 

Moderator.az-ı izləyin!

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button