“Sən kimsən axı, ay Damla, bilirdin ki, əsgərlər səni gözləyir, amma geri qayıtdın, reklamın baş tutmadı”

Hərbçilər üçün konserti təşkil edən, “Anadolu Türküstan iş adamları dostluq” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, “Xarıbülbül” onlayn televiziyasının rəhbəri, Qarabağ müharibəsinin Ağdam rayon Novruzlu kənd batalyonunun komandiri, qazi Atayev Əlövsətin qızı Jalə Əlövsət qızı Moderator.az-a günlərdir müzakirə obyektinə çevrilən məsələ ilə bağlı müsahibə verib.

 

O bildirib ki, bu tədbiri “Anadolu Türküstan iş adamları dostluq” ictimai birliyinin sədri, ehtiyyatda olan zabit Vüqar Tağıyelə birgə təşkil edib.

“Biz danışıqlar apardıq ki, tədbirimiz Suqovuşanda olacaq. Tədbirin keçiriləcəyi gün mənə məlumat verdilər ki, bəzi səbəblərə görə Suqovuşanda konsertin təşkil olunması mümkün deyil, icazə yoxdur. Təbii ki, biz də qayda-qanunu poza bilməzdik. Dövlətimizin qayda-qanunları bizim üçün qanundur. Suqovuşanın yerinə bizə elə həmin gün Goranboy rayonu, Ağcakənd kəndi, Ballıqayada yerləşən N saylı hərbi hissəni məsləhət gördülər. Mənim üçün ərazinin, məkanın təbii ki, fərqi yox idi. Həmçinin də mənimlə birlikdə ora gedən sənətçilər üçün. Çünki nəticədə biz əsgərlərimiz üçün bu konsert proqramını təşkil etmişik.

Biz Ballıqayaya qalxıb, hazırladığımız konserti əsgərlərə təqdim etdik. Damla xanımı da əsgərlər istəmişdi, onlar bizdən öncə həmin əraziyə çatmışdılar. Müğənninin prodüsseri mənə zəng edib dedi ki, “ayıb deyil, bizi aldatmısız?”. Mən onlara dedim ki, “sizin üçün nə fərqi var? Ballıqaya Suqovuşandan da bir az təhlükəli ərazidə yerləşir, bilmək olmaz sabah o əsgərlərimizin başına nə iş gələcək?! Siz onları sevindirmək üçün gəlməmisiniz?”. Bu sözlərimə məhəl qoymadı, dedi ki, “siz bizi dolamısınız”. Adama deyərlər ki, Damla kimdir axı? Damla bu xalqın hesabına gəlib Damla olub, sevilib! Xalq artisti, əməkdar artist deyil ki, özünü qaldırıb dağın başına qoyur. O öz adından utanır, adı Məsumədir. Mən isə onların etdiyi bu hərəkətdən utandım. Belə çıxır ki, sən ora gələn sənətkarlardan artıqsan? Sən kimsən axı, ay Damla?! Xalqımız olmasaydı sən necə sevinə bilərdin?! “Vur komandir” mahnısını reytinqə görə oxumuşdun?! Damla ora reytinq axtarmaq üçün, reklamını aparmaq üçün gəlirdi. Yaxşı ki, baş tutmadı, arzusu ürəyində qaldı. Əgər sən dürüstsənsə, ordumuzu sevindirmək üçün gəlirdinsə sənin üçün fərq etməməli idi ki,  Suqovuşana gəlirsən yaxud da Ballıqayaya. Əksinə gedib Ballıqayada oxumalı idin. Postda duran hərbçilərimizin hər biri bu hadisəni öz gözləri ilə görüb. Hər biri deyirdi ki, Damlaya ayıb olsun. Əlbəttə ki, ayıb olsun, ar olsun! O bilirdi ki, onu əsgərlər gözləyir, yoldan geri qayıtdı. Sən fərq qoymamalı idin, əsgərlərimizi sevindirməli idin. İnanmıram ki, bundan sonra Damlanı sevənlər olacaq. Bizimlə gedən bütün sənətçilərimizə dərin təşəkkür edirəm. Bir daha anladım ki, onlar öz vətənlərini, torpaqlarını sevirlər. Damla kimi Sevinc xanım da qadın idi də. O niyə qorxmadı? Öpürəm əllərindən, qeyrətinə qurban olaram. Orada iştirak edən bütün qadın sənətçilərin, kişi sənətçilərin qeyrətinə qurban olum. Kaş onlarda olan qeyrətin yarısı bəzi sənətçilərdə də olardı” deyə Jalə Əlövsətqızı deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button