“Flora xanım məndən xahiş etdi ki, istərdim nəvəm muğamımızı sizin ifanızda dinləsin…”

“Silahlı Qüvvələr günü “Vətənpərvər sənətkar” mükafatına layiq görüldüm. Mənimlə bərabər bu mükafatı bir neçə sənətkarlarımız da aldı. Həmin tədbirdə şəhid anaları, qazilərimiz, ictimaiyyət nümayəndələri də var idi. Gözəl tədbir təşkil olunmuşdu, çox xoşuma gəldi”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Bəsti Sevdiyeva deyib. O, daha sonra Flora Kərimovanın nəvəsi üçün oxuduğu muğamdan da danışıb.

“Flora xanımın xahişi ilə nəvəsi üçün Azərbaycan muğamını oxudum. “Elgizlə izlə” verilişində qonaq idim, Flora xanım da verilişə zəng edib, xahiş etdi ki, “istərdim nəvəm Azərbaycan muğamını ilk dəfə Bəsti xanımın ifasında dinləsin”. Bu mənim üçün çox xoş oldu. Gözləmirdim ki, məndən belə bir istəyi olacaq. Qəfildən oldu. İnanın çox kövrəldim. Flora xanım bizim fenomen və görkəmli sənətkarımızdır, mogikanımızdır. Mən sənətə gələndən bu günə qədər Flora xanım hər zaman haqqımda xoş sözlər deyib. Təbii ki, Flora xanımın haqqımda xoş sözlər deməsi mənim üçün böyük fəxrdir. O mənim estrada səhnəsində sevdiyim yeganə sənətkardır. Mən onu nənə olmağı münasibəti ilə bir daha ürəkdən təbrik edirəm. Onun qızı da, nəvəsi də bizim üçün əzizdir. Nənə olmaq çox gözəl hissdir, mən də nənəyəm. Allah hamıya bu günü qismət etsin. O gün olsun elə sənətkarın qızı Zümrüd xanım özü nənə olsun” deyə sənətkar bildirib.

 

“Bəsti xanımı sənətdən nə uzaq sala bilər?” sualına isə xanəndə belə cavab verib.

 

“Əlbəttə ki, heç nə! Məni sənətdən yalnız ölüm ayırar. Öləndə biləcəm ki, ölüb getdim də. Məni sənətdən heç nə, heç kim uzaqlaşdıra bilməz. İnsanıq da, xəstələnə bilərik, haramızsa ağrıya bilər. O da 5-10 günə çəkilib gedir. Allah o günü bizə göstərməsin, amma olur da, heç kim həyatdan sığortalanmayıb. Sənətdən ayrılsam məhv ola bilərəm. Məni yaşadan sənətimdir, ailəmdir, nəvələrimdir” deyə xanəndə bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button