Lavrovun Ukrayna ilə bağlı daha bir yalanı İFŞA OLUNDU…-FOTO-YENİLƏNİB…

“Rusiyada yalan danışmaqdan əl çəkmirlər. İşğalçılar iyunun 27-də hücum etdikləri “Amstor” ticarət mərkəzinin işləmədiyini bildiriblər. Lakin Rusiya Federasiyasının rəhbərliyinin yalanları dərhal ifşa olunub”.

Moderator.az xəbər verir ki, bunu Ukraynanın “Insider UA” telegram-kanalı yazıb.

 

Məsələ ondadır  ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Kremençuqda yerləşən “Amstor” ticarət mərkəzinin guya yaxınlıqdakı anbarda Rusiya hərbçilərinin raket zərbəsinə məruz qalan sursatların detonasiya edərək partlaması nəticəsində alovlandığını bildirib.  Onun sözlərinə görə, anqarda Qərbdən göndərilmiş silahlar olub.

“Avropa və Amerika silah və sursatlarının yığıldığı anqar bombalanıb. Sursatların detonasiya ilə partlaması nəticəsində yaxınlıqdakı boş ticarət mərkəzi yanıb”, – Rusiya XİN rəhbəri Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündən sonrakı açıqlamasında belə deyib.

Bəhs edilən Ukrayna teleqram-kanalı alıcının həmin qanlı gündə  “Amstor” ticarət mərkəzində alış-verişdən sonra aldığı qəbzin fotosunu dərc edib.

 

“Rusiyada rəsmi səviyyədə Kremençuqdakı ticarət mərkəzinin işləmədiyi barədə yalan danışsalar da, ukraynalılar həmin gün ticarət mərkəzində edilən alış-verişdən sonra onlara verilən qəbzləri dərc edirlər”- məlumatda deyilir.

 

Qəbzlərin birinə görə insanlar iyunun 27-də saat 10:28-də (zərbədən bir neçə saat əvvəl) oyuncaq alıblar. İkincisi isə onların 15:07-də ​​(zərbədən 50 dəqiqə əvvəl) ərzaq mağazasında alış-veriş etdiyini təsdiqləyir”

 

Qeyd qeyd olunur ki, S.Lavrov sözügedən açıqlamasının sonunda həyasızcasına əlavə edib ki, Qərb Ukraynaya silah tədarükünü davam etdirərsə, Rusiya Federasiyası raket və artilleriya atışlarını davam etdirəcək.

****

09:59

Ukrayna Ali Radasının Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Daniyil Getmantsev də telegram-kanalında Rusiya XİN rəhbərinin bəyanatına rəsmi faktlarla reaksiya verib:

“Hansısa vətəndaş Lavrov deyib ki, Rusiya Federasiyasının Kremençuqdakı “Amstor” ticarət mərkəzinə raket zərbəsi terror aktı deyil, çünki guya “Amstor” işləməyib.

Halbuki, Dövlət Vergi Xidmətinin məlumatına görə, terror aktı baş verən gün ticarət mərkəzində 58 nəzarət-kassa aparatı fəaliyyət göstərib ki, onların ümumi gəliri 2,9 milyon qrivenə bərabər olub.

Bəli, səhv etmirsiniz. 1 gün ərzində – 2,9 milyon UAH – işləməyən ticarət mərkəzi”…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button