Rusiya işğalçılarını İlan adasından qovan Ukrayna silahı…-Dəqiqədə 6 mərmi atır…-VİDEO

Rusiya işğalçıları Ukrayna Silahlı Qüvvələrinin atəşinə tab gətirə bilməyib və Qara dənizdəki İlan adasından qaçıblar. İşğalçılara xüsusən “Boqdana” özüyeriyən haubitsasından atəş açılıb.

 

Moderator.az Ukrayna mediasına istinadla bunun necə bir silah olduğunu araşdırıb.

 

Ukrayna haubitsısası

 

 “2S22 “Boqdan” – Ukraynanın 155 mm lüləli təkərli özüyeriyən haubitsasıdır. Bu, 155 mm-lik “NATO”çaplı  ilk Ukrayna özüyeriyən artilleriya qurğusu(ÖAQ) olub. “Bogdan” özüyeriyən qurğuları haqqında ilk ictimai qeyd 14 iyul 2018-ci ildə ortaya çıxıb.

 

Özüyeriyən artilleriya qurğusu döyüş maşınına xidmət göstərmək üçün qoşa zirehli kabinəli “KrAZ-63221” şassisi üzərində qurulub, həmçinin “Siemens SIPLUS” və “SIMATIC HM” nəzarətçiləri əsasında avtomatlaşdırılmış idarəetmə sisteminə və 6 mərminin ötürülməsi üçün avtomatik sursat təchizatı sisteminə malikdir.

 

Maraqlıdır ki, yükləmə, nişan alma və atəşə həm qurğunun kabinəsindən, həm də kənardan nəzarət etmək olar. Belə ki, ÖAQ-ların arxa hissəsində ikinci idarəetmə nöqtəsi quraşdırılıb.

 

Eyni zamanda, şassi aşağı daşıma qabiliyyəti olan qruntlarda yüksək flotasiyanı təmin edən mərkəzləşdirilmiş təkər şişirmə sistemi, bucurğad(ağırlıq qaldıran mexanizm), “RunFlat” sistemi, işıq maskalama cihazı, filtr-ventilyasiya qurğusu və s. ilə təchiz olunub.

 

5 nəfərlik ekipaj üçün nəzərdə tutulmuş şassidə iki sıra oturacaqları olan qoşa zirehli dördqapılı kabinə quraşdırılmışdır. Həmçinin ÖAQ istilik, kondisioner, havalandırma və ön şüşəyə isti hava üfürmə sistemləri, elektriklə qızdırılan ön şüşələr və qapılar ilə təchiz edilmişdir. Kabinədə əlavə avadanlıqlar üçün də yer təmin edilir: müşahidə və gecəgörmə cihazları, radiasiya və kimyəvi kəşfiyyat və nəzarət cihazları, radiostansiya, fərdi mühafizə vasitələri, daşınan döyüş sursatları (kabinədəki oturacaqların sayına görə) və heyətin şəxsi əşyaları. 

 

 

“2S22- “Bogdan” ÖAQ-ın xüsusiyyətləri:

 

şassi – “KrAZ-63221”;

çəki – 28 ton;

ekipaj – 5 nəfər;

magistral yolda sürət – 80 km / saat, dərə-təpəli ərazidə – 30 km / saat;

magistral yolda kruiz məsafəsi – 800 km,  dərə-təpəli ərazidə – 300 km;

lülə kalibri – 155 mm;

avtomatik yükləyici – 6 mərmi üçün;

atəş sürəti – dəqiqədə 4-6 atəş;

döyüş ehtiyatı – 20 mərmi üçün qablar;

minimum atəş məsafəsi – 780 m;

maksimum atəş məsafəsi: yüksək partlayıcı parçalanma mərmisi – 40-42 km, aktiv- reaktiv mərmi – 50 km.

 

“Adanın azad edilməsində mühüm rol oynamış Ukraynanın “Boqdan” özüyeriyən haubitsasının dizaynerləri və istehsalçıları qarşısında baş əyirəm. Təqdim olunan silahlara görə xarici tərəfdaşlara təşəkkür edirəm”, – Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı  Valeri Zalujnı “Facebook” səhifəsində belə yazıb.

(2 VİDEO TƏQDİM OLUNUR)

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button