““G-7”-nin qərarlarına rəğmən Ukraynanın hərb meydanında irəliləməsini tezliklə gözləmirəm…”

“Təəssüflər olsun ki, hərbi əməliyyatlar nəticəsində ölkə dağılır. Əlbəttə, burada günahkar öncə Putindir…”

 

“Rusiya-Ukrayna savaşından danışarkən biz iki məsələni gərək ayıraq. Siyasi-iqtisadi baxımdan Rusiya artıq uduzub.  Lakin hərbi baxımdan vəziyyət dəyişmir.  Ona görə ki, Qərb hələlik yetərincə silahlar vermir Ukraynaya”.  

 

Bu fikirləri sabiq baş diplomat Tofiq Zülfüqarov Moderator.az-ın “ “G-7” sammitinin Ukraynaya müddətsiz yardım barədə qərarları Rusiyanın  məğlubiyyətini tezləşdirəcəkmi?” sualını cavablandırarkən söyləyib.

 

“Düzdür, “G-7” sammitinin qərarları da göstərir ki, bəli, gələcəkdə mütəmadi yardımlar olacaq. Bu mənada bəllidir ki, bəlkə də tarixin hansısa mərhələsində Ukrayna öz ərazi bütövlüyünü bərpa edəcək.  Amma bunun üçün bir tarixi dövr gərək olacaq. Odur ki, Ukraynanın tezliklə hərbi baxımdan irəliləməsini, doğrusu, gözləmirəm. Təəssüflər olsun ki, hərbi əməliyyatlar nəticəsində ölkə dağılır. Əlbəttə, burada günahkar öncə Putindir, Rusiyadır.  Amma ikinci günahkar isə Qərbdir. Çünki birincisi, Ukraynaya hərbi yardımı gec göstərməyə başladı. Və ikincisi, indiyədək həmin yardımları hansısa məhdudiyyətlər əsasında etməkdədir. Bu baxımdan hiss olunur ki, Qərblə Rusiya arasında həmişəki kimi hansısa siyasi oyunlar gedir. Ukrayna sadəcə olaraq bir meydandır.  Və təəssüf ki, xalq da faciəvi bir duruma düşüb”- deyə politoloq bildirib.

 

Sultan Laçın 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button