“Putinlə bir daha xokkey oynayan deyiləm…”

 “Biz kürdləri təhvil verməyəcəyik, biz yalnız qanuna, Avropa İttifaqının Konvensiyasına əməl edəcəyik”

 

“Bizim Rusiya ilə uzun ümumi sərhədlərimiz var və gündəlik problemləri həll etməliyik”

 

 

Finlandiya prezidenti Sauli Niiinistyö bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə bir daha xokkey oynamayacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə o, İtaliyanın “Repubblika” qəzetinə verdiyi müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Rusiya tərəfdaş deyil, fikri nəzərə alınmalı olan qonşu olub.

 

“Bizim uzun ümumi sərhədlərimiz var, biz gündəlik problemləri həll etməliyik, – Finlandiya prezidenti deyib. – Fin körfəzində, məsələn, dəniz daşınmaları həmişə intensiv olur. Valideynləri hər iki milliyyətdən olan ailələr var”.

 

Sauli Niinistyönün fikrinə görə, hazırki mərhələdə daha sıx təmaslar mümkün deyil. Bundan başqa, Finlandiya prezidenti onun Rusiya prezidenti Vladimir Putinlə xokkey matçı zamanı çəkildiyi fotoşəkli şərh edib.

 

“Bu, 2012-ci ildə mənim Rusiyaya ilk səfərim zamanı olub, – Niinistyö məlumat verib. – Mən Vladimir Putinlə bir daha xokkey oynayan deyiləm”.

 

Türkiyə ilə dialoqun bərpa edilməsi barədə jurnalistin sualına cavab verərkən, Finlandiya prezidenti vurğulayıb ki, ölkələr güzəştə nail olib. Onun fikrinə görə, Finlandiyanın NATO-ya daxil olması “təbiidir”.

 

“Biz kürdləri təhvil verməyəcəyik, biz yalnız qanuna, Avropa İttifaqının Konvensiyasına əməl edəcəyik”, – Sauli Niinistyö inamla vəd edib, bununla da Türkiyə prezidentinin əvvəlki bəyanatına eyham vurub.

 

Məlum olduğu kimi, Ərdoğan bəyan edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyə bilməz, çünki belə olan halda alyans “terrorçuların çoxsaylı nümayəndələrinin olduğu yerə çevriləcək”.

 

O zaman Ərdoğan xatırladıb ki, Ankara Stoqholmdan “Kürd Fəhlə Partiyası”nın 33 nümayəndəsini təhvil verməyi tələb etsə də, bundan imtina edilib. 

 

Lakin iyunun 28-də Türkiyə və Finlandiya prezidentlərinin, həmçinin İsveçin baş naziri ilə NATO-nun baş katibi arasında danışıqların nəticəsi olaraq Türkiyə Skandinaviya ölkələrinin NATO-ya daxil olması sorğusuna vetosunu geri götürüb.

 

Finlandiya prezidentinin Rusiya prezidenti ilə buz üstünə birgə çıxmayacağı barəsində açıq şəkildə imtina etməsi, təbii ki, Kreml tərəfindən şərh edilib.

 

“Həqiqətən də idman, özü də onun xokkey kimi komanda növü, qarşılıqlı etimada kömək edir”, – bunu “RİA Novosti” agentliyi Rusiya prezidenti mətbuat katibi Dmitri Peskovun sözlərindən iqtibas gətirib. 

 

“Bu nöqteyi-nəzərdən zamanında bu, cənab Niinistyönün prezidentlik dönəminin əvvəlində çox yaxşı, pozitiv praktika olub. İndi isə o, daha oynamayacağını deyir. Putin üçün onun komandasında, ümumi komandasının üzləri ilə bağlı çatışmazlığı yoxdur. Ona görə də Putin xokkey oynayır və bunu müntəzəm olaraq edir”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button