Ukrayna Xəzər ölkələrini Rusiyanı bu dənizdən raket atmaqdan çəkindirməyə çağırdı…

Kiyev şəhərinə Xəzərdən atılan raket zərbələri Xəzər sammitindən cəmi iki gün öncə – iyunun 26-da endirilib…

 

Ukrayna Xəzər regionu dövlətlərini Rusiya Federasiyasını beynəlxalq hüquqi öhdəliklərə, xüsusən də Xəzərin hüquqi statusu haqqında Konvensiyaya əməl etməyə məcbur etmək üçün “hər cür səy göstərməyə” çağırıb.

 

Moderator.az  xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin iyunun 30-da  qurumun rəsmi saytında dərc edilmiş bəyanatında bəhs edilir.

 

“Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndi “Xəzər dənizindən dinc məqsədlərlə istifadəni, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsini və Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həllini” nəzərdə tutur. 

 

Qeyd edək ki, Rusiyanın Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə, yaşayış binalarına endirdiyi raket zərbələri konvensiyanın müddəalarını kobud şəkildə pozur”, – bəyanatda belə deyilir.

 

Ukrayna Xarici İşlər Nazirliyi konvensiyada iştirak edən ölkələri Rusiya Federasiyasını “Ukraynaya qarşı silahlı təcavüzü davam etdirmək üçün Xəzər dənizinin sularından istifadəni dayandırmağa” təşviq etməyə çağırıb.

 

Xatırladaq ki, iyunun 29-da Türkmənistan paytaxtı Aşqabadda Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya Federasiyasının dövlət başçılarının iştirakı ilə VI Xəzər Sammiti keçirilib.

 

Kiyev şəhərinə Xəzərdən atılan raket zərbələri isə Xəzər sammitindən cəmi iki gün öncə – iyunun 26-da endirilib…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button